BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra ediləcək “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” və “Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxum və Aqrokimyəvi Laboratoriyaları və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihələrinin açılış mərasimi keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd aqrar xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr haqqinda ümumi məlumatların təqdim edilməsi və bu istiqamətdə müzakirələrin aparılmasıdır.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, dövlət qurumları, beynəlxalq təşkilatlar, eləcə də FAO-nun rəsmiləri iştirak edib. Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tədbir iştirakçılarını salamlayaraq FAO ilə Kənd Təsərrüfatı Nazirliyi arasında uğurlu əməkdaşlıq əlaqələri, həyata keçirilən FATP layihələrinin əhəmiyyəti, həmçinin AXA-da həyata keçirilən struktur islahatları və yeni yaradılan struktur bölmələri barədə ətraflı məlumat verib.
Hər iki layihənin əhəmiyyətindən danışan Mirzə Əliyev bildirib ki, qeyd edilən layihələrin həyata keçirilməsi göstərilən xidmətlərdən keyfiyyətinin yüksəldilməsinə, bu sahələrdə inkişaf strategiyasının hazırlanmasına, qanunvericilik bazasının təkmilləşdirilməsinə, kadr potensialının inkişaf etdirilməsinə töhfə verəcək. Həmçinin, layihələr çərçivəsində ISTA standartlarına və sxemlərinə uyğun olaraq beynəlxalq akkreditasiya almaq üçün mərkəzi laboratoriyanın hazırlanması prosesi dəstəklənəcək, onlayn konsaltinq sistemi, eləcədə torpaq xəritələri və milli torpaq məlumat sistemi yaradılacaq, laboratoriyalar ehtiyaclara əsasən müasir avadanlıqlarla təmin olunacaq.
Tədbirdə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak layihələrin kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev FAO tərəfindən həyata keçirilən layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verib, FAO ilə əməkdaşlığın davam etdiriləcəyini nəzərə çatdırıb. FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin ekspertləri hər iki layihə barədə ətraflı məlumatlar verib və mütəxəssisləri maraqlandırılan suallar cavablandırılıb.
Sonda Mirzə Əliyev hər iki layihənin AXA-nın sturukturunun təkmilləşdirilməsinə, eləcə də aqrar sahənin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Daşkənddə Türk Dövlətləri Aqrobiznes Forumu keçirilib
04 Iyul 2022
Çəyirtkəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir
04 Iyul 2022
Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib
01 Iyul 2022
Yay şumunun əhəmiyyəti - fermerlərə məsləhət
01 Iyul 2022
Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelini təbliğ edən tədbirlər keçirilib
30 Iyun 2022