Respublika ərazisində istixanalarda zərərvericilərə qarşı zərərsizləşdirmə tədbirlərinin aparılması vacib fitosanitar tədbirlərdən biridir.
Burada əsas məqsəd istixana şəraitində zərərvericilərə qarşı düzgün və vaxtında mübarizə tədbirlərinin aparılması, məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, ixrac potensialının və yeni bazarlara cıxış imkanlarının artırılmasıdır. Belə ki, ötən il ölkəmizdə 1247700 m2 istixanada zərərsizləşdirmə tədbirləri həyata kecirilib. Son illərdə istixanalarda aparılan zərərsizləşdirmə tədbirlərinin nəticəsində ixrac olunan məhsullarda alıcı ölkələr tərəfindən heç bir zərərverici aşkar olunmamış, məhsulun keyfiyyəti yaxşılaşmiş, bu da yerli məhsulların ixrac potensialının artmasına şərait yaratmışdır. Hazırda zərərsizləşdirmə tədbirləri davam etdirilir.
Bildiririk ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-563-58-45 (daxili:126); 050-644-74-15; 070-965-62-14, (fumiqasiya@axa.gov.az) müraciət edə bilərlər.
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində iki yeni layihənin açılışı olub
16 May 2022
15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
16 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14 May 2022
Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edib
14 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək
12 May 2022