Əkin sahələrində taxıl biçinindən sonra yay şumunun aparılması və təkrar qarğıdalı əkinləri davam edir. Bu il ən çox yay şumu Sabirabad rayonunda aparılıb. Rayon üzrə taxıl biçini aparılmış sahələrin 94 faizində yay şumu başa çatıb. Bundan başqa rayon üzrə 2200 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.
Sabirabad həm də respublikanın ən böyük pambıqçılıq rayonlarından biridir. Bu il rayon üzrə 12 min hektara yaxın sahədə pambıq əkilib. Hazırda pambıq sahələrində suvarma və kultivasiya işləri həyata keçirilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunun Qaratəpə kəndində yay şumunun aparılması və təkrar qarğıdalı əkini prosesini izləyib, pambıq sahələrinə baş çəkib, Kürkəndi kəndində inşa olunan pambıq emalı zavodunun tikintisi ilə tanış olub, fermerlərlə görüşüb.
Görüş zamanı pambıqçılıqda məhsul subsidiyasına tam keçidin üstünlükləri, becərmə prosesində aqrotexniki qaydalara düzgün riayət edilməsi, sahələrə gübrə verən zaman normativlərə riayət etmək, məhsul yığımı prosesinə hazırlıq, texnika təminatı və digər mövzularda fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
19 Aprel 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Göyçayda vətəndaşları qəbul edəcək
19 Aprel 2024
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov İmişlidə vətəndaşları qəbul edəcək
19 Aprel 2024
Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib
19 Aprel 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Aprel 2024