Orqanik gübrənin hazırlanması ilə bağlı yeni layihəyə start verilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Rusiya şirkəti "EkoTex-Burenie" arasında bağlanmış elmi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində institutda orqanik gübrənin - kompostun hazırlanması və istifadəsinə dair yeni layihəyə start verilib.

Kompost üçün materialların seçilməsi, reagentlərdən istifadə etməklə konservləşdirilmənin aparılması, yetişdirilmiş məhsulun tərkib komponentlərinin elmi araşdırılması, laborator analizi və hazır məhsulun istifadəsi zamanı əkin sahələrində torpaq tərkibinin zənginləşdirilməsinə və bitkilərin inkişafına təsirinin öyrənilməsi üçün aparılan sınaq işləri uğurla davam edir.

Müxtəlif heyvanlardan götürülmüş peyin nümunələri etiketlənir, kompostun hazırlanması üçün əsas reagent seçilir, 30 %-lik məhlul hazırlanır. Məhlulun göstərilən norma əsasında nümunələrə əlavə edilməsi və mükəmməl qarışdırılması şərtdir. Vaxtaşırı nümunələr yenidən qarışdırılır və hermetik qabda saxlanılır.

Kompost hazırlandıqdan sonra seçilmiş yeni nümunədə olduğu kimi mikroskopik analiz aparılıb. Mikroskopik görüntüləmə zamanı kompostun tərkibinin saprofit aerob və anaerob bakteriyalarla çox zəngin olduğu müşahidə edilib. Bununla yanaşı, mühitdə bakteriyalarla yanaşı, xeyli miqdarda ibtidailərə və göbələk kaloniyalarına da rast gəlinib, müşahidə olunmuş hər bir mühit bitki və torpaq üçün simbioz mühitdən daha faydalı hesab olunur.

Aşağıdakı cədvəllərdə isə kompostun kimyəvi analizinin nəticələri və müxtəlif mühitdə qazların müqayisəli ölçülməsi – peyində qazların analiz göstəriciləri əks olunub:

Kompostun kimyəvi analizi

S.s.

Göstəricilər

1 kq-da

Təzə mal peyinində

Təzə quş peyinində

Kompost mal peyinində

Kompost quş peyinində

1

Su, %

75

60

60-65

58

2

Quru maddə, %

25

45

35-40

42

3

Azot, qr

5,0

60,0

4,5

48,0

4

Fosfor, qr

1,2

48,0

2,3

45,0

5

Kalium, qr

3,4

26,0

6,8

24,0

6

Kalsium, qr

3,5

15,0

3,7

15,0

7

Maqnezium, qr

1,5

8,0

1,4

8,0

8

PH

6,7

7,2

7,5

8,2

 

 

Peyində qazların analiz göstəriciləri

S.s.

Göstəricilər, 1 kq-da

Təzə mal peyini

Təzə quş peyini

Kompost mal peyini

Kompost quş peyini

1

NH3 (PPM)

4,94

3,25

1,02

1,17

2

CO2 (PPM)

213

298

39

28

3

H2S (PPb)

8

2,48

1,3

1,04

 

Kompostun tərkibi dəyərli mikroflora ilə çox zəngindir. Tərkibindəki bütün qidalı maddələr (üzvü birləşmələr və minerallar) bitkilərin asan və daha tez mənimsəyə biləcəyi hala gəlir. Bitkilərdə yaranan xəstəliklərin qarşısını alır, məhsul artımına əhəmiyyətli dərəcədə təsir edir.

Orqanik-mineral gübrənin torpağa və bitkilərə müsbət təsiri:

- Torpağın humus tərkibini zənginləşdirməklə onun məhsuldarlığını yüksəldir;
- Torpağın bioaktivliyini və humifikasiya prosesini yaxşılaşdırır;
- Torpağın mikflorasını aktivləşdirir;
- Torpağın su balansını və strukturunu yaxşılaşdırır;
- Ağır metallar və radionukleidləri əlaqələndirir;
- Torpağın özünübərpa prosesini sürətləndirir;
- Torpağın təkrar kultivasiya edilməsi üçün preparat kimi istifadə edilir;
- Bitkilərdə qidall maddələrin sovrulmasını yaxşılaşdırır;
- Maddələr mübadiləsini və fotosintezi sürətləndirir;
- Bitkilərin immun sistemini möhkəmləndirir;
- Kök sisteminin inkişafını gücləndirir;
- Fitoleksinlərin ifrazını stimullaşdırır;
- Bitki mənşəli məhsulların satış dəyərini yüksəldir.


Bununla yanaşı, orqanik-mieral gübrələr heyvan mənşəli tullantıların utilizasiya prosesində, bioloji aktiv yem əlavələrinə qatılmaqla heyvanlarda biostimullaşdırıcı kimi və s. sahələrdə geniş tətbiq edilir.