Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran şəxslərə Meyvəçilik və Çayçılıq ETİ-nin əməkdaşları tərəfindən “Peşə təhsili müəssisəsi”nin müəyyən etdiyi qaydada təlim-tədris dərslərinin keçirilməsi və maarifləndirilməsi nəzərdə tutulub. “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşəsinin mənimsənilməsi sahəsində keçiriləcək təlim-tədris dərsləri “Peşə fəaliyyətinin ümumi əsasları”, “İxtisas modulları” və “Yekun qiymətləndirmə” mövzularını əhatə edəcək.
İlkin mərhələdə kursa cəlb edilmək üçün 12 müdavim seçilib. Onlara 2 ay müddətində yeni hazırlanmış təlim modulundan istifadə edilməklə dərslər keçiriləcək.
Kursun ilk günündə müdavimlərə kurs haqqında ümumi məlumat, nəzəri və praktiki dərslərin ardıcıllığı, davamiyyət, təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Müdavimlər praktiki dərslərin keçiriləcəyi laboratoriya, iqlim otaqları və istixana ilə tanış olublar.
Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə Meyvəçilik və Çayçılıq ETİ və Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə sertifikatları təqdim ediləcək və fərqlənən müdavimlər işlə təmin olunacaqlar.
Xaçmazda Aqrar İnnovasiya Festivalı keçirilib
16 Mart 2023
Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
14 Mart 2023
“Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
11 Mart 2023
“Kənddən Şəhərə” Novruz yarmarkası 11-19 mart tarixlərində fasiləsiz fəaliyyət göstərəcək
09 Mart 2023
Nazir İnam Kərimovun Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
07 Mart 2023