Tut çanaqlı yastıcasına qarşı mübarizə tədbirlərinə başlanılıb

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Cəlilabad rayonu ərazisində olan yaşıllıqlarda tut  çanaqlı yastıcasına qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə başlanılıb.
Belə ki, Cəlilabad rayonu ərazisində 230 hektar ərazidə zərərvericiyə qarşı fitosanitar müşahidə aparılıb, 230 hektar sahədə sirayətlənmə qeydə alınıb və 160 hektar ərazidə kimyəvi mübarizə üsulu tətbiq edilib.

Respublika üzrə tut  çanaqlı yastıcasına qarşı ümumilikdə 486,81 hektar ərazidə müşahidə aparılıb, 383,8 hektar sahədə sirayətlənmə müəyyən edilib, 258,8 hektar ərazidə isə  mübarizə tədbirləri həyata keçirilib.  

Qeyd edək ki, yastıcanın  bir dişi fərdi ya­şa­dığı müd­dət­də 100-dən 180-ə qə­dər yu­murta­ qoya bilir. Yu­mur­tası oval for­mada ağ, sa­rım­tıl, ya da na­rın­cı rəng­də olur və dişi fər­din bə­də­ni­nin al­tın­da yer­lə­şir.

Yu­mur­ta­dan çı­xan bi­rinci yaş döv­rün­də olan sür­fə­lər yax­şı in­ki­şaf et­miş 3 cüt ayağa ma­lik olur­lar. On­lar ça­naq­la­rın al­tın­dan çı­xa­raq bit­ki­nin göv­də­sini, bu­daq­la­rını, zoğ­la­rını, yar­paq­la­rını və mey­və­lə­rini zədələyirlər. Bir müddət keçdikdən sonra üzər­lə­rin­də ça­naq əmələ gəlir. Bu za­man sür­fə­lər hə­rə­kət­siz olur və ikin­ci yaş döv­rünə ke­çir­lər. İkin­ci yaş döv­rün­də sür­fə­lər dişi fərd­lərə və er­kək nim­fa­lara bö­lü­nür­lər. Er­kək nim­fa­nın ça­nağı uzun­sov ağ rəng­də­dir, üs­tün­də iki şı­rımı olur, sür­fə­nin qa­bığı onun baş tə­rə­fin­də yer­lə­şir. Dişi fərd­lər, əsa­sən ca­van zoğ­lar­da, er­kək nim­fa­lar isə topa şək­lin­də ağa­cın iri bu­daq­la­rın­da və göv­də­sin­də yı­ğı­lır­lar. 15-20 gün­dən son­ra ikin­ci yaş döv­rü­nün sür­fə­ləri yet­kin dişi və er­kək fərd­lərə çev­ri­lir­lər.

Yastıca qısa müd­dət­də ağac­lar üzə­rin­də kül­li miq­dar­da top­la­şa­raq ko­lo­ni­ya­lar əmələ gə­ti­rir. Zə­də­lən­mə nə­ti­cə­sin­də ağac­la­rın bu­daq­ları və zoğ­ları qu­ru­yur, yar­paq­ları tö­kü­lür, mey­və­nin key­fiy­yəti aşağı düşür. Bəzi hal­lar­da zə­rər­ve­rici ilə zə­də­lən­miş ca­van ağac­lar ta­ma­milə qu­ru­yur. Ma­ya­lan­mış yet­kin dişi fərd­lər qış­la­maya gedir. Ap­rel ayı­nın II-III de­ka­da­sın­da dişi fərdlər yu­mur­ta qoyur, may ayı­ndan yu­mur­ta­dan sür­fə­lər çıxır. Azərbaycanda zə­rər­ve­rici 2-3 nə­sil verir. Tut qalxanlı yastıcasına qarşı Acetamiprid tərkibli  pestisidindən istifadə tövsiyyə olunur.

Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilməli, aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.

Bölgələrdə tut qalxanlı yastıcasına qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.