Aqrotexniki tədbirlər kompleksində tənəkdə yaşıl əməliyyatların aparılması əsas tədbirlərdən biridir. Bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparılması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir. Yaşıl zoğların bağlanması tənək üçün əsas tədbirlərdəndir. Yaşıl zoğları qırılmaqdan qorumaq, xəstəlik və zərərvericilərdən müdafiə səmərəsini artırmaq, normal günəş şüaları qəbul etməsini təmin etmək üçün zoğların bağlanması əsas tədbirlərdəndir. Birinci mərhələ zoğun uzunluğu 40-50 sm-ə çatdıqda, ikinci bağlama isə çiçəklənmədən 8-10 gün sonra zoğlar üçüncü məftilə çatdıqda aparılır. Yaşıl zoğların bağlanması 2 mərhələdə (mexaniki və əl ilə) həyata keçirilə bilər və müxtəlif bağlama materiallarından istifadə edilir.
May ayında aparılan aqrotexniki tədbirlər iyunda dağlıq və dağətəyi rayonlarda da aparılır, çünki, həmin bölgələrdə tumurcuqların açılması, tənəyin çiçəkləməsi aran zonalarına nisbətən gec başlayır (10-15 gün). Ona görə də may ayının ortaları və axırlarında aparılan bir sıra təbirlər, o cümlədən üzümlüklərdə torpağı yumşaq və alaq otlarından təmiz vəziyyətdə saxlamaq üçün cərgə aralarında və cərgələrdə yumşaltma aparılır. Tənəklərin katarovkası başa çatdırılır. Tənəyin ştambı və qolları üzərində yaşıl zoğların uzunluğu 8-10 sm-ə çatdıqda haramı zoğların vurulması, artıq yaşıl hissələrin qoparılması işi aparılır. Yaşıl zoğların üzərində çiçək qrupları göründükdə, yəni birinci yaşıl əməliyyatdan təxminən 10 gün sonra çiliklər və bar zoğları üzərində ikinci dəfə yaşıl zoğların bağlanması işi aparılır. Çiçəklərin tökülməsinin qarşısını almaq üçün çiçəkləməyə bir neçə gün qalmış zoğların ucları qoparılır və birinci yaşıl bağlama aparılır. Zoğ uclarının vurulması zamanı gələcək bar zoğlarının uclarının qoparılması vacib deyildir. Bu əməliyyatlardan sonra yaşıl bağlama işi davam etdirilir.
Profilaktiki dərmanlama işləri iyun ayında dağlıq bölgələrdə davam etdirilir. Eləcə də, yaşıl əməliyyatlar, əlavə tozlandırma və suvarma işləri davam etdirilir. Cavan üzümlüklərdə lazımsız yaşıl zoğların qoparılmasına ciddi fikir vermək lazımdır. Cavan tənəklərdə çoxlu yaşıl zoğlar inkişaf edir. Bunlardan ikisi saxlanılmalı, qalanları isə qoparılmalıdır. Yaşıl zoğların qoparılması zamanı hər bir tənəyə fərdi yanaşılmalıdır.
15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
16 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14 May 2022
Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edib
14 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək
12 May 2022
Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
12 May 2022