Sarvan Cəfərov
  • 1985  28 oktyabrda anadan olub.
  • 1992-2003 Bakı şəhəri, 178 saylı orta məktəbdə təhsil alıb.
  • 2003-2007 Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib. 
  • 2007-2008 Hərbi xidmətdə olub.
  • 2008-2010 Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. Təhsilini fərqlənmə diplomu ilə bitirib.
  • 2009-2012  Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.
  • 2012-2018  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
  • 2012-2015  Azərbaycan Dövlət İqtisad Universistetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb.
  • 2015-2017 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.
  • 2020 Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır.
  • 2018  Aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.
  • 2019 Noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
  • 2020 Mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
  • İngilis və Rus dillərini bilir.
  • Evlidir, 3 övladı var.