---- VƏ YA ----
 
   

Qeydlər:

  1. Suvarma rejimi dedikdə gecə (A) və gündüz (B) rejimi nəzərdə tutulur. Gecə rejimi (A) saat 20:00-dan 06:00-a qədər, gündüz rejimi (B) isə saat 06:00-dan 20:00-a qədər olan vaxtı əhatə edir.
  2. Su istehlakçısının bir neçə torpaq sahəsi və ya əkin növü olduqda, hər bir torpaq sahəsi üzrə əkin növü (buğda, arpa, qarğıdalı, yonca, pambıq və s.) cədvəldə alt-alta ayrıca sətirdə qeyd olunur, qarşısında sahəsi və veriləcək suyun həcmi göstərilir.
  3. Su istehlakçısı üçün hər on günlükdən ən çoxu 3 (üç) gün əvvəl "Azmelsutəsərrüfat" ASC-nin yerli bölməsinin telefon nömrəsinə zəng etməklə suyun verilmə tarixi və saatı barədə məlumat əldə etmək imkanı yaradılır.
  4. Suvarma qrafikində dəyişiklik edilməsi zərurəti yarandıqda, bütün tərəflərin imzası ilə təsdiqlənməklə yeni qrafik tərtib olunur və yuxarıda göstərilən qaydada dərc olunaraq tətbiq edilir.