Contacts

  • A
  • A
  • A
Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi
1652


Kənd Təsəsrrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.2 ci bəndinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında Çağrı Mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”na uyğun olaraq fəaliyyət göstərir.

Kənd Təsərrüfat Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi hər bir vətəndaşa ayrı-ayrılıqda xidmət göstərir. Çağrı Mərkəzi daxil olan sual və müraciətlərin qəbul olunmasını, Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün ,tabeliyində olan qurumlara getmədən məlumat almalarını təmin etmək məqsədi ilə fəaliyyət göstərir.

Çağrı Mərkəzi canlı rejimdə Fəaliyyət göstərmədiyi vaxtlarda (həftənin şənbə-bazar və bayram günləri) səsli menyu vasitəsi ilə müraciət edənlərə xidmət göstərilir,o cümlədən növbəti iş saatlarında əks əlaqə yaradıması üçün zəng sifarişi etmək imkanı təklif edilir və növbəti iş günü əks əlaqə yaradılaraq müvafiq xidmət göstərilir.

Respublikanın istənilən regionundan stasionar (kənd, şəhər) nömrələrdən birbaşa 1652nömrəsinə edilən zəng və danışıq habele Çağrı mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Fermer və sahibkarların nəzərinə çatdırılır ki, aqrar sahəyə dair qarşılaşdıqları problemlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə zəng etməklə, yaxud Nazirliyin rəsmi veb-səhifəsində (www.agro.gov.az) onlayn müraciət etməklə qısa vaxt ərzində cavab ala bilərlər.

Zəng edin! Faydalanın!