Subortdinate institutions
Intergovernmental Commissions
Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 29 may tarixində yaradılıb. Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi 2007-ci ildə, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi isə 2008-ci ildə fəaliyyətə başlayıb.
2008-ci ilin 7 fevral tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.
Birgə Komissiyanın həmsədrləri:
Azərbaycan Respublikası: Kənd Təsərrüfatı naziri İnam Kərimov
Tacikistan Respublikası: İqtisadi İnkişaf və Ticarət naziri Zavki Zavkizoda
Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
Azərbaycan Tacikistan ilə İslam Əməkdaşlıq Təşkilatı (OİC), YUNESKO, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və digər təşkilatlar çərçivəsində əməkdaşlıq edir.
Müqavilə-hüquq bazası
Azərbaycan və Tacikistan arasında müqavilə-hüquq bazası çərçivəsində 56 sənəd imzalanıb.
Əsas əməkdaşlıq sahələri
Azərbaycan ilə Tacikistan arasında kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələri mövcuddur.