Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aprelin 4-də Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiyanın təşkili nəzərdə tutulur. Sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Panel sessiyada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət maliyyə qurumlarının, aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır.
Müzakirələrdə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzuların müzakirəsi gözlənilir. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılacaq, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat veriləcək.
Panel müzakirələrdə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər.
Qeyd edək ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.
Azərbaycanda sitrus bağlarının sığortalanmasına başlanılıb
10 Aprel 2025
Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili sahəsində müasir metodların tətbiqinə dair seminar keçirilib
09 Aprel 2025
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova nümayəndə heyəti ilə görüşüb
09 Aprel 2025
Nazir Məcnun Məmmədov Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
08 Aprel 2025
Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır
07 Aprel 2025