GƏLƏCƏYƏ BAXIŞ: RƏQƏMSAL KƏND TƏSƏRRÜFATINA KEÇİD BEYNƏLXALQ KONFRANSI

 

 

Kənd təsərrüfatında rəqəmsal boşluğun aradan qaldırılması,
innovasiyanın tətbiqi və rəqəmsal transformasiya fermerlərin
güclənməsinin əsasını təşkil edir, məlumatlara, maliyəyə
və bazarlara cıxış üçün böyük imkanlar yaradır.

 

 

  1. 1 Rəqəmsal kənd təsərrüfatına dair qlobal təcrübələrin, yanaşmanın və inkişaf yollarının paylaşılması
  2. 2 Rəqəmsal kənd təsərrüfatına keçidin reallaşdırılması məsələlərinin müzakirəsi
  3. 3 Rəqəmsal kənd təsərrüfatına keçidi sürətləndirmək üçün dayanıqlı yolların müəyyənləşdirilməsi

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ətraflı

Rəqəmsal texnologiyalar insanların, bizneslərin və hökumətlərin iş tərzini sürətlə dəyişir və bütün qida sistemlərinə, sistemdə iştirak edən hər kəsə təsir edir, eyni zamanda daha aşağı məlumat, əməliyyat və nəzarət xərcləri hesabına kənd təsərrüfatına əhəmiyyətli faydalar gətirir. Rəqəmsal texnologiyalar Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyindəki hədəflərə nail olmaq üçün əhəmiyyətli töhfə versə də, iqtisadi, sosial və etik anlamda, xüsusilə məxfilik və təhlükəsizlik və bunun biznes, məşğulluq və bazarlara göstərə biləcəyi təsir baxımından çətinliklər yaradır

Qlobal aqro-ərzaq sistemlərinin bərabərliyi və səmərəliliyi rəqəmsal texnologiyalardan geniş şəkildə faydalana bilər və bu məqsədlə, riskləri azaltmaq və “heç kimin geridə qalmaması”nı təmin etmək üçün innovativ təcrübələrin əlaqələndirilmiş və inklüziv təşviqi, balanslaşdırılmış siyasət çərçivəsi tələb olunur.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) rəqəmsal texnologiyaların gücündən qida və kənd təsərrüfatına təsir potensialı yüksək olan innovativ ideyaları sınaqdan keçirmək, stimullaşdırmaq və miqyasını artırmaq, rəqəmsal həlləri və xidmətləri qlobal ictimai məhsullara çevirmək üçün istifadə edir. Bu fəaliyyətlər mövcud və daha öncül texnologiyaların düzgün tətbiqini və mənimsənilməsini araşdırmaq, kənd yerlərində ev təsərrüfatlarını gücləndirmək və qida və kənd təsərrüfatı sahələrində gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq üçün yeni xidmətlər, alətlər və yanaşmalar formalaşdırmaq və genişləndirmək məqsədi daşıyır.

Azərbaycan hökuməti 2016-cı ildə aqrar sahənin daha da inkişaf etdirilməsi üçün, eyni zamanda vahid məlumat bazası sisteminin yaradılması məqsədi ilə inteqrasiya olunmuş elektron informasiya portalının yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ni qəbul edib. Bu vahid sistem hərtərəfli kənd təsərrüfatı məlumat bazasını formalaşdırmaq üçün məlumatların idarə edilməsinin əsas prinsiplərini əhatə edir. Hökumət fermerlərə daha yaxın olmaq üçün 2019-cu ildə Azərbaycanın Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin onlayn platforması kimi eagro.az saytını istifadəyə verib. Bu, fermerlərə yaxınlıq, yaxşı idarəetmə və innovasiya prinsiplərini birləşdirən və aqrar xidmətlərə çıxışı və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin edən innovativ təşəbbüsdür.

Bu Konfransın əsas məqsədi kənd təsərrüfatı və kənd yerlərinin rəqəmsal transformasiyası üzrə qlobal təcrübələr, baxışlar və inkişafa dair fikirləri bölüşmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirmək, eləcə də Azərbaycan modelini təqdim edərək sistemin təkmilləşdirilməsinin gələcək yollarını və digər ölkələrdə onun mümkün təkrarlanmasını müzakirə etməkdir.

 

 

 

Gündəlik (ilkin forma)

 

Saat
Tədbir
Çıxış edən

9:00 - 10:00

Qeydiyyat və Qarşılama – Çay/Kofe

 

10:00 - 10:30

Açılış (yüksək səviyyəli)

Cənab İnam Kərimov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri

Cənab Qu Dongyu, FAO-nun Baş Direktoru

Cənab Pau Roka Basko, Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru

Cənab Muxtar Babayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri

Cənab Qoşqar Təhməzli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sədri

 

10:30 - 10:35

Azərbaycanda Davamlı və İnklüziv Kənd Ərzaq Sistemlərinin İnkişafı (video)

 

Əsas məqsəd sessiyası I
10.35 – 10.50

Aqroərzaq Sistemlərinin Davamlı Transformasiyası üçün Rəqəmsal Texnologiyalar

Maximo Torero, Baş İqtisadçı (FAO)

 

10.50–11.00

Sual-cavab sessiyası

 

Əsas məqsəd sessiyası II
11.00 - 11.30

Elektron Kənd Təsərrüfatı – Kənd Təsərrüfatı Sistemlərinin Rəqəmsallaşdırılması üzrə Azərbaycan Təcrübəsi

KTN nümayəndəsi

 

11.15–11.30

Sual-cavab sessiyası

 

11.30–12.00

Kofe fasiləsi

 

Panel sessiyası I
12:00–12.30

Kənd təsərrüfatında elektron hökumət xidmətləri – kənd yerlərinin inkişafı, rəqəmsallaşma və modernləşməyə keçid nöqtəsi

Panelistlər
• Daniela Di Gianantonio, Rəqəmsal kənd təsərrüfatı komanda rəhbəri – FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi
• Tassos, Haniotis, Avropa Komissiyasının Kənd Təsərrüfatı üzrə Baş Direktoru
• Julian Lampietti, Kənd Təsərrüfatı və Qida Qlobal Təcrübəsində Qlobal İştirak üzrə Menecer, Dünya Bankı
• Janice Zdankus, VP Innovation for Social Impact, HPE Foundation/Agstack - tbc
• Temesgen Gebeyehu, Efiopiya Kənd Təsərrüfatı Transformasiya Agentliyi
• Nurlan Həmidli, Müşavir
• Nümayəndə /E-gov Azərbaycan

 

12.30–13.00

Panel müzakirələr/Sual-cavab sessiyası

 

13.00 - 14.00

Nahar fasiləsi

 

Panel sessiyası II
14.30–15.00

Rəqəmsal Kənd Təsərrüfatının Sürətləndirilməsi: Problemlər, Perspektivlər və Məlumat üçün Davamlı Yollar, Əlçatanlıq və Etik İstifadəsi

Panelistlər
• Dejan Jakovljevic, Baş İnformasiya Mütəxəssisi, FAO
• Natalia Mochu, Beynəlxalq Telekommunikasiya Ofisi
• Thule Lenneiye, Keniya, Kənd Təsərrüfatı Transformasiya Ofisi
• Firdovsi Fikratzadə,Aqrar tədqiqatlar Mərkəzinin direktoru
• Stefano Vaccari, Kənd Təsərrüfatı Tədqiqatları Şurasının Baş Direktoru (CREA)/İtaliya

 

15.00–15.35

Panel müzakirələr/Sual-cavab sessiyası

 

15.35–16.00

Kofe fasiləsi

 

16.00–16.30

Kənd təsərrüfatında rəqəmsallaşma: irəliyə doğru yol, adaptasiya üçün yanaşmalar və qabaqcıl təcrübələr

Hökumət texnologiyaların kənd təsərrüfatında inkişafını stimullaşdırmaq üçün əsas rəqəmsal və məlumat infrastrukturunun, qaydaların, xidmətlərin və ictimai məhsulların təmin edilməsində mühüm rol oynayır. Bununla belə, hökumətlər rəqəmsal kənd təsərrüfatı strategiyalarını, yanaşmalarını və həll yollarını tətbiq edərkən bir sıra əvəzləmələrlə qarşılaşırlar. Kənd təsərrüfatının transformasiyasını sürətləndirmək üçün hansı rəqəmsal fəaliyyətlərə üstünlük verilməlidir?
Qonaq ölkələrdən çıxışlar

Nazirlər

 

16.30–17.00

Bağlanış sessiyası

Cənab İnam Kərimov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri
Cənab Qu Dongyu, FAO-nun Baş Direktoru

 

19.00

Şam yeməyi

 

 

 

 

Çıxış edənlər

 

İnam Kərimov

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri

Muxtar Babayev

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri

Otar Shamugia

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri

Qu Dongyu

FAO-nun Baş Katibi

Pau Roca Basco

Beynəlxalq Üzüm və Şərab Təşkilatının Baş Katibi

Blayne Arthur

Oklahoma Ştatının Kənd Təsərrüfatı Katibi

Vahid Kirişci

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Naziri

Cəmşid Xocayev

Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Naziri

Stefano Vaccari

İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Siyasəti Nazirliyinin Aqrar Tədqiqatlar Konsulunun Baş Direktoru

Tassos Haniotis

Avropa Comissiyasının Kənd Təsərrüfatı və Kənd Yerirənin İnkişafı üzrə Baş Katib

Karimzoda Sadi Qafor

Tacikistan Respublikasının Kənd Təsərrüfatı Naziri

Maximo Torero

FAO-nun baş elmi işçisi

Daniela Di Gianantonio

FAO-nun Rəqəmsal Kənd Təsərrüfatı Qrupunun Rəhbəri

Viorel Gutu

FAO-nun Subregional Koordinatoru

Dejan Lakovljevic

FAO-nun Aqroinformatika üzrə direktoru

Temesgen Gebeyehi

Etiopiya Kənd Təsərrüfatı Transformasiyası Agentliyinin Direktoru

Thule Lenneiye

Kenya Respublikasının Kənd Təsərrüfatı. Henvandarlıq Balıqçılıq və Korporativlər Nazirliyini tabeliyində Kənd Təsərrüfatı Transformasiyası İdarəsinin Koordinatoru

Firdovsi Fikrətzadə

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Direktoru

Nurlan Həmidli

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin Müşaviri

Qu Liang

Ərzaq və Kənd Təsərrüfatında Atom Texnikaları üzrə FAO/AEBA Birgə Mərkəzin direktoru

 

 

İştirakçılar