Mayın 5-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro Week) iştirak edən Özbəkistanın kənd təsərrüfatı naziri İbrokhim Abduraxmonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ilin mart ayında özbəkistanlı həmkarı ilə Daşkənddə İtaliya-Orta Asiya-Azərbaycan Forumu çərçivəsində məhsuldar görüş keçirildiyini xatırladıb. Nazir Özbəkistanın Azərbaycanın aqrar sığorta modelinə əsaslanaraq öz modelini tətbiq etdiyini bildirib. Azərbaycanın rəqəmsallaşdırma, süni intellekt, aqrar sığorta və kənd təsərrüfatının digər sahələrində nailiyyətlərini Özbəkistan tərəfi ilə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın Özbəkistana fındıq tinglərinin ixracının davam etdirilməsi, üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb, aqrar sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.
Sonra Aqrar Sığorta Fondu ilə Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Sığortası Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Sığortası Fondunun direktoru Muratjan Açilov imzalayıblar. Sazişin məqsədi Azərbaycanın aqrar sığorta sahəsindəki təcrübəsinin Özbəkistanda tətbiqi, o cümlədən kənd təsərrüfatı sığortası sisteminin inkişafı, risklərin effektiv idarə olunması, sığorta mexanizmlərinin təkmilləşdirilməsi, innovativ sığorta məhsullarının tətbiqi, habelə sahənin rəqəmsallaşdırılması vasitəsilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsidir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026