Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası davam etdirilir.
Ekspedisiya çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları və türkiyəli mütəxəssislər tərəfindən birgə elmi tədqiqatlar aparılır.
Tədqiqatlar zamanı balıq nümunələrinin uzunluğu, kütləsi, yaşı və digər bioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, növlərin biometrik ölçüləri götürülür, populyasiyaların bioloji vəziyyəti qiymətləndirilir. Hazırda toplanmış nümunələr və əldə olunan məlumatlar üzərində laborator təhlillər davam etdirilir. Tədqiqatların yekun nəticələri araşdırmalar başa çatdıqdan sonra açıqlanacaq.
Ekspedisiyanın əsas məqsədi su bioehtiyatlarının mövcud vəziyyətini qiymətləndirmək, balıq ehtiyatları üzrə elmi məlumat bazasını zənginləşdirmək və gələcək monitorinq işləri üçün etibarlı elmi göstəricilər əldə etməkdir. Toplanan məlumatlar balıq ehtiyatlarının qorunması, səmərəli idarə olunması və davamlı istifadəsinin təmin edilməsi istiqamətində aparılacaq elmi araşdırmalar və idarəetmə qərarları üçün mühüm əhəmiyyət kəsb edəcək.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 3-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
16 Iyul 2026
Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb
16 Iyul 2026
Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır
16 Iyul 2026
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
16 Iyul 2026