Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu may ayının 1-dən sentyabr ayının 1-dək ölkə ərazisindəki bütün su hövzələrində qadağan edilib. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.
Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisində, Şəmkir rayonu ərazisində, Bakı-Abşeron ərazisində, Xəzər dənizinin Şabran, Siyəzən, Neftçala, Salyan, Lənkəran, Astara rayonları akvatoriyasında balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Qeyd olunan ərazilərdə mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilib. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, may ayının 1- dən iyun ayının 11- dək keçirilən reydlər nəticəsində Mingəçevir su anbarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətində, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsinin sağ sahilində, Xəzər dənizinin Pirallahı, Salyan rayonlarında qanunsuz balıq ovu ilə məşğul olan 15 vətəndaş məsuliyyətə cəlb edilib, 15 fakt üzrə inzibati qaydada protokollar tərtib olunub. 1 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.
Balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026