Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə müxtəlif hadisələrdən zərər çəkmiş fermerlərə sığorta ödənişləri davam edir.
Martın 17-də “Azergold” QSC-nin dəstəyi ilə kartof təsərrüfatı yaratmış fermerlərə Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta ödənişləri təqdim olunub.
2024-cü ildə “AzerGold” QSC-nin təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə icra olunmuş “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində rayonun Quşçu və Zəylik kəndlərindən olan 10 fermerə məxsus 10 hektar sahədə kartof əkini aparılıb. Həmin dövrdə rayon ərazisində müşahidə olunan qeyri-sabit əlverişsiz hava şəraiti bəzi təsərrüfatlara, o cümlədən “AzerGold” QSC-nin həyata keçiridiyi layihə iştirakçılarının təsərrüfatlarına ziyan vurub. İntensiv dolunun düşməsi və leysan yağışları nəticəsində fermerlər itkilərlə üzləşiblər. Təsərrüfatlar sığorta edildiyi üçün Aqrar Sığorta Fondunun və aidiyyəti qurumların birgə səyi ilə ziyanların qarşılanması üçün sığorta ödənişləri həyata keçirilib. Bu proses fermerlərin daha təhlükəsiz və dayanıqlı fəaliyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
“Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsini aqrar sahədə həyata keçirilmiş mühüm sosial təşəbbüslərdən biridir və layihə çərçivəsində sığorta olunmuş əkin sahələrinə dəymiş ziyanın qarşılanması aqrar sığorta sisteminin əhəmiyyətini bir daha təsdiq edir. Təkcə 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 6,4 milyon manat ödəniş edilib və bu proses davam etməkdədir.
Zərərçəkmiş fermerlər baş verən zərərin qarşılanmasında sığorta ödənişlərinin mühüm rol oynadığını deyib, dövlət və aidiyyəti qurumların dəstəyinə görə minnətdarlıq ediblər.
Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təşkili sahəsində müasir metodların tətbiqinə dair seminar keçirilib
09 Aprel 2025
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova nümayəndə heyəti ilə görüşüb
09 Aprel 2025
Nazir Məcnun Məmmədov Kəlbəcər və Ağdərədə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
08 Aprel 2025
Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır
07 Aprel 2025
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
07 Aprel 2025