2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov aprelin 25-də, saat 10:00-da İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-222-12-92) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
4-5 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
02 May 2024
Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi ilə görüşüb
02 May 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərilib
01 May 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Qobustanda vətəndaşları qəbul edəcək
01 May 2024
Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb
30 Aprel 2024