Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramdan irəli gələn tapşırıqlara əsasən, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlar tərəfindən fəaliyyət planına uyğun olaraq müvafiq işlər icra edilir.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən “İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı” forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu məqsədlə dövlət büdcəsindən kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştlə maliyyələşdirilməsi üçün 40 milyon manat, damazlıq cins heyvandarlıq üçün isə 14 milyon manat əlavə vəsait ayrılıb və hazırda bu istiqamətlər üzrə maliyyələşmə davam etdirilir: “Subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid edirik. Əsas məsələ cari istehsal xərclərinin kompensasiyası ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında düzgün balansın qurulmasıdır. Fermerlərin investisiya qərarının arxasında təkcə subsidiya deyil, biznesin iqtisadi məntiqi dayanmalıdır. Dövlət dəstəyi investisiyanın məqsədi yox, onun həyata keçirilməsini asanlaşdıran vasitə olmalıdır”.
Qeyd edək ki, AKİA tərəfindən cari il ərzində 350 min fermerə 254 milyon manat əkin subsidiyası ödənilib. Bunun 14 milyon manatını 2 min hektar sahədə salınan yeni intensiv bağlara görə verilən birdəfəlik bağ subsidiyası təşkil edib. Subsidiyaların ödənilməsi zamanı məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülük prinsipləri əsas götürülür.
Kənd Təsərrüfatı Nazirliyində “Hədəf 130/80” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib
24 Noyabr 2026
Ağcabədidə aqrar sahənin inkişafı üçün yeni imkanlar yaradılır
24 Noyabr 2026
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb
24 Noyabr 2026
Bərdədə aqrar sahə üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə edilib
24 Noyabr 2026
Zərdabda Dövlət Proqramının icrası və aqrar sahədə investisiya layihələri müzakirə olunub
23 Noyabr 2026