Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi ilə şirkətlər qrupu arasında işgüzar görüş keçirilib.
Logistika mərkəzində baş tutan işgüzar görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər iştirak ediblər.
Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərin müzakirəsi olub.
Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və tərəflər arasında əməkdaşlıq memorandumu hazırlanmasına dair razılıq əldə edilib.
Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgətəşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin infrastrukturu, məhsulların qəbulu və saxlanması prosesi, temperatur rejiminə nəzarət sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat verilib.
Lənkəranda insan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib
03 Sentyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə beynəlxalq təcrübəyə əsaslanan təlim keçirilir
02 Sentyabr 2026
Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb
02 Sentyabr 2026
Balıq ovu mövsümü 1 sentyabr 2026-cı il tarixindən açıq elan olunur
01 Sentyabr 2026
Qazaxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib
01 Sentyabr 2026