Zaur Əliyev
  • 1984  16 fevralda anadan olub.
  • 2000-2004 Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı sahəsi üzrə) ixtisası üzrə bakalavr təhsili alıb. 
  • 2007 Vaynştefan Tətbiqi Elmlər Universitetində magistr dərəcəsi alıb
  • 2008 Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsi alıb
  • 2007-2008 Aprel ayından 2008-ci ilin iyul ayına qədər Almaniya Texniki Əməkdaşlıq Təşkilatında layihə assistenti işləyib
  • 2007-2008 Sentyabr ayından 2008-ci ilin iyul ayına kimi Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib
  • 2008-2011 Sentyabr ayından 2011-ci ilin dekabr ayına qədər Münhen Texniki Universitetində elmi işçi kimi fəaliyyət göstərib
  • 2012-2013 Yanvar ayından 2013-cü ilin iyul ayına kimi Twinning layihəsi üzrə layihə koordinatoru kimi fəaliyyət göstərib
  • 2013-2014 Avqust ayından 2014-cü ilin aprel ayına kimi HEKS-EPER təşkilatında layihə eksperti kimi çalışıb
  • 2014-2015 Aprel ayından 2015-ci ilin dekabr ayına kimi Garant Holdingdə kənd təsərrüfatı layihələri üzrə menecer kimi çalışıb
  • 2015-2016 Dekabr ayından 2016-cı ilin sentyabr ayına kimi “Peşə Tədris Mərkəzinin yaradılması" layihəsində layihə eksperti kimi fəaliyyət göstərib
  • 2016-2019 Sentyabr ayından 2019-cu ilin iyun ayına kimi “Yalama Aqropark” MMC-nin direktoru olub
  • 2019-2020 İyul ayından 2020-ci ilin avqust ayına kimi İsveçin Niras şirkətində layihə eksperti kimi çalışıb
  • 2020-2023 Avqust ayından 2023-cü ilin iyun ayına kimi Elm və Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışıb
  • 2023-2026 İyun ayından 2026-cı ilin yanvar ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.
  • 2026 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 
  • İngilis, alman və rus dillərini bilir.