Intergovernmental Commissions

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya

 

 

Moldova Respublikası ölkəmizin müstəqilliyini 1991-ci ilin 21 dekabrında tanıyıb. 1992-ci ilin 8 may tarixində Azərbaycan Respublikası və Moldova Respublikası arasında diplomatik münasibətlər qurulub.

2005-ci ilin 5 oktyabr tarixində Azərbaycanın Moldovada Səfirliyi, həmin ilin 01 noyabr tarixində isə Moldovanın Azərbaycanda Səfirliyi açılıb.

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 2004-cü ilin 25 oktyabr tarixində yaradılıb.

 

Birgə Komissiyanın həmsədrləri:

 

Azərbaycan Respublikası: Kənd Təsərrüfatı naziri İnam Kərimov

Moldova Respublikası: İqtisadiyyat və İnfrastruktur naziri Sergiu Railean

İndiyədək Komissiyanın 3 iclası keçirilib, sonuncu iclas 2012-ci ilin 26 aprel tarixində Kişinyov şəhərində baş tutub. Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 4-cü iclasının cari ildə Bakı şəhərində keçirilməsi planlaşdırılır. İki ölkə arasında parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 58 sənəd imzalanıb.  

 

Mühüm sənədlər:

  1. Azərbaycan Respublikası və Moldova Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə. Bakı, 27 noyabr 1997-ci il.
  2. Azərbaycan Respublikası Prezidentinin və Moldova Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 26 oktyabr 2004-cü il.
  3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasına rəsmi səfərinin yekunlarına dair Birgə Kommünike. Kişinyov, 21 aprel 2005-ci il.