Tabeli qurumlar
Hökumətlərarası Komissiyalar
Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya
Moldova Respublikası ölkəmizin müstəqilliyini 1991-ci ilin 21 dekabrında tanıyıb. 1992-ci ilin 8 may tarixində Azərbaycan Respublikası və Moldova Respublikası arasında diplomatik münasibətlər qurulub. 2005-ci ilin 5 oktyabr tarixində Azərbaycanın Moldovada Səfirliyi, həmin ilin 01 noyabr tarixində isə Moldovanın Azərbaycanda Səfirliyi açılıb. Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 2004-cü ilin 25 oktyabr tarixində yaradılıb.
Birgə Komissiyanın həmsədrləri:
Azərbaycan Respublikası: Kənd Təsərrüfatı naziri İnam Kərimov
Moldova Respublikası: İqtisadiyyat və İnfrastruktur naziri Sergiu Railean
İndiyədək Komissiyanın 3 iclası keçirilib, sonuncu iclas 2012-ci ilin 26 aprel tarixində Kişinyov şəhərində baş tutub. Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 4-cü iclasının cari ildə Bakı şəhərində keçirilməsi planlaşdırılır. İki ölkə arasında parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 58 sənəd imzalanıb.
Mühüm sənədlər: