Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətində “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədrinin müşaviri Əşrəf Dadaşov bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qeyd edib ki, hazırda prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Azərbaycanda normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət yeni çağırışlara uyğun olaraq həyata keçirilir.
Digər çıxış edənlər də Kənd Təsərrüfatı Nazirliyinin insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
02 Iyun 2026
Tacikistanda keçirilən beynəlxalq konfransda su ehtiyatlarının dayanıqlı idarə olunması məsələləri müzakirə edilib
02 Iyun 2026
İşğaldan azad edilmiş ərazilərdə torpaqların sakinlərə icarəyə verilməsi ilə bağlı görüşlər keçirilib
01 Iyun 2026
Aqrar Tədqiqatlar Mərkəzində "İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib
01 Iyun 2026
Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub
26 May 2026