Kənd Təsərrüfatı Nazirliyində insan resurslarının idarə edilməsində rəqəmsal transformasiyanın genişləndirilməsi istiqamətində növbəti mühüm layihə olan Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib.
Portal Nazirlik sistemində dövlət qulluğu üzrə vəzifələr istisna olmaqla, vakant vəzifələr üzrə işə qəbul prosesinin vahid platforma üzərindən həyata keçirilməsini təmin edəcək. Yeni sistemin tətbiqi ilə namizədlərin müraciət imkanlarının genişləndirilməsi, o cümlədən işə qəbul prosesinin daha şəffaf, operativ və səmərəli təşkilinə xidmət edilməsi hədəflənir.
Layihənin ilkin mərhələsində vətəndaşların işə qəbul üzrə müraciətlərinin elektron qaydada qəbul edilməsi təmin olunub. Namizədlər Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzləşdirilmiş İşə Qəbul Portalı vasitəsilə vakant vəzifələr üzrə müraciətlərini https://www.agro.gov.az/az/karyera linkindən istifadə etməklə elektron qaydada təqdim edə bilərlər. Portal vasitəsilə namizədlər şəxsi kabinet yaradır, fərdi məlumatlarını, tələb olunan sənədlərini real vaxt rejimində idarə edir. Eyni zamanda portal vətəndaşların işə qəbul ilə bağlı müraciətlərinin səmərəli idarəolunmasına, işə qəbulun bütün mərhələlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edir.
Növbəti mərhələdə portalın funksional imkanları daha da genişləndiriləcək. Belə ki, Nazirliyin tabeli qurumlarında vakansiyaların vahid platforma üzərindən idarə olunması, mərkəzləşdirilmiş imtahan və qiymətləndirmə mexanizmlərinin tətbiqi, eləcə də işə qəbul prosesinin bütün mərhələlərinin tam rəqəmsal idarə olunması, süni intellekt əsaslı həllərin tətbiqi ilə namizədlərin uyğunluğunun təhlili, analitik hesabatların hazırlanması həyata keçiriləcək.
Mərkəzləşdirilmiş İşə Qəbul Portalının tətbiqi ilə Nazirlik sistemində insan resurslarının idarə edilməsində vahid yanaşmanın formalaşdırılması, namizədlər üçün bərabər imkanların yaradılması və inzibati yükün azaldılması hədəflənir.
Kənd Təsərrüfatı Nazirliyi dövlət idarəçiliyində müasir rəqəmsal həllərin tətbiqini, insan resurslarının idarə olunmasında innovativ yanaşmaların genişləndirilməsini və vətəndaş məmnuniyyətinin artırılmasını prioritet istiqamətlərdən biri kimi bundan sonra da davam etdirəcək.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib
08 Sentyabr 2026