Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində Eilat şəhərində fəaliyyət göstərən Milli Akvakultura Mərkəzinin və “Sea‑Novation” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
İlk olaraq Milli Akvakultura Mərkəzinə səfər edən nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz İsrail hökumətinin Eilat regionu dəniz və səhra məhsullarının istehsalı üzrə ixtisaslaşmış mərkəzə çevirmək strategiyasının tərkib hissəsi kimi yaradılıb. Ən müasir biotexnologiyaların tətbiq və nümayiş olunduğu bu Mərkəzin əsas hədəflərindən biri Qırmızı dəniz regionunda unikal dəniz fermalarının yaradılması və akvakultura tədqiqatlarının inkişaf etdirilməsidir. Burada Eilat körfəzinin təbii üstünlüklərindən istifadə etməklə dəniz məhsullarının müasir üsullarla istehsalı həyata keçirilir.
Səfər çərçivəsində Azərbaycan və İsrail arasında akvakultura və aqrar sahədə biotexnologiyaların tətbiqi, mütəxəssis hazırlığı, kadr mübadiləsi və birgə elmi-tədqiqat layihələrinin icrası imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti, həmçinin Eilat regionunda fəaliyyət göstərən “Sea-Novation” İnnovasiya Mərkəzinə baş çəkib. Burada kənd təsərrüfatında innovativ həllərin tətbiqi, Akselerasiya Proqramları çərçivəsində dəstəklənən startaplar və startap ekosisteminin inkişaf mexanizmləri ilə tanışlıq olub. Qeyd edilib ki, Mərkəz biotexnologiya, akvakultura və dəniz elmləri sahəsində tədqiqat və təşəbbüsləri dəstəkləməklə yanaşı, Eilat regionunun elmi və texnoloji potensialından səmərəli istifadəyə şərait yaradır. Təqdimatlar zamanı tərəflər innovasiyaların tətbiqi üzrə mümkün əməkdaşlıq istiqamətlərini geniş müzakirə ediblər.
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
28 Aprel 2026
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026