Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.
Nazir Məcnun Məmmədov Qafqaz regionunda ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” sərgisində Belarusun milli pavilyonla təmsil olunması və bu ölkənin 40 şirkətinin sərgidə iştirakından məmnunluğunu ifadə edib. Görüş zamanı bu sərgilərin aqrar sahədə fəaliyyət göstərən iş adamları və fermerlərin yeni məhsul və texnologiyalarla tanış olmasına şərait yaratdığını, beynəlxalq sərgilərdə qarşılıqlı fəal iştirakın iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcəyi vurğulanıb.
Tərəflər Azərbaycan ilə Belarus arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu, bu sahədə Belarusun təcrübəsindən yararlanmağın mümkünlüyü qeyd olunub.
Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş öz növbəsində ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüş zamanı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024