• Ana səhifə
  • Xəbərlər
  • Zeytun becərilməsi və zeytun yağının emal texnologiyaları üzrə təlim keçiriləcək
Zeytun becərilməsi və zeytun yağının emal texnologiyaları üzrə təlim keçiriləcək

Türkiyədən dəvət olunan mütəxəssislər yerli fermerlər, aqronomlar və zeytun yağı emalçılarına zeytun bağlarının idarə olunması və zeytun yağının ən müasir texnologiyalarla emal olunmasına dair 30-31 oktyabr və 01 noyabr 2024-cü il tarixlərində təlim keçəcək. Təlimin əsas məqsədi intensiv zeytun bağlarının effektiv idarə olunması - əkin sxemləri, zeytun çeşidləri, budama, suvarma, gübrələmə, xəstəlik və zərərvericilərin idarə olunmasında müasir üsulları tətbiq etməklə zeytun məhsulundan yüksək keyfiyyətli zeytun yağı əldə olunması və emal texnologiyalarına dair bilik və bacarıqların artırılmasına nail olmaqdır. Təlim qeyd olunan bütün mövzuları əhatə etməklə, həm nəzəri biliklərin artırılıması, həm də praktiki sessiyalardan ibarət olacaq. Zeytun yağının emal texnologiyaları və yağın əldə olunması prosesi müəssisə şəraitində nümayiş etdiriləcəkdir.

Təlimlər Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi (AXA) və HAUS MMC-nin təşkilatçılığı ilə AXA-nın Aqrar Təlim Mərkəzində keçiriləcək.

Təlimdə iştirak ödənişsizdir.

Təlimdə iştirak üçün əlaqələndirici şəxs:

Elton Məmmədov

Tel: +994 55 787 74 74

E-mail: elton.mammadov@agro.gov.az