2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli oktyabrın 18-də Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bərdə rayonu və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, barama və heyvan subsidiyası, toxumçuluq, pambıqçılıq, suvarma suyu və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Bərdə DAİM-in kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, payızlıq və çoxillik əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Daha sonra Azad Cəfərli rayonun Köbər kəndi yaxınlığında yerləşən “Köbər-Aqro” MMC-yə məxsus intensiv xurma, nektarin, gilas bağlarına baxış keçirib.
Zeytun becərilməsi və zeytun yağının emal texnologiyaları üzrə təlim keçiriləcək
18 Oktyabr 2024
Nazir müavini Sarvan Cəfərov Samuxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
17 Oktyabr 2024
Sosial Tədqiqatlar Mərkəzi: Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib
17 Oktyabr 2024
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə təcrübə mübadiləsi aparıb
16 Oktyabr 2024
Aqrar Sığorta Fondu tərəfindən fermerlərə edilən zərər ödənişlərinin həcmi 10 milyon manatı keçib
16 Oktyabr 2024