Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda akvakultura sahəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə rayonun balıqçılıq təsərrüfatlarının rəhbərləri, fermerlər, su təsərrüfatı və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə akvakultura təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi, təsərrüfatların təşkili, ekoloji yanaşmalar, su təminatı və sudan istifadəyə dair müqavilələrin bağlanması, həmçinin akvakultura obyektlərinə əmtəə balıq yetişdirilməsi üzrə şəhadətnamələrin verilməsi barədə geniş təqdimat keçirilib.
Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələri tədbir iştirakçılarına qüvvədə olan qanunvericilik və mövcud qaydalar barədə ətraflı məlumat veriblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisləri suyun qanuni əsaslarla verilməsi, sudan istifadənin ödənişli qaydaları, qanunsuz su götürülməsinin yaratdığı fəsadlar və qarşısının alınması istiqamətində görülən tədbirlər barədə danışıblar. Bildirilib ki, su təminatı yalnız mövcud su şəbəkəsi çərçivəsində, sahibkarların müraciəti və müvafiq şəhadətnamələr təqdim edildikdən sonra həyata keçirilir.
Qeyd olunub ki, sudan səmərəli istifadə ilə bağlı zəruri tədbirlər görülür və çətinliklərin həlli istiqamətində əlaqələndirilmiş fəaliyyət təmin olunur. 2026-cı ilin əkin planlaması da mövcud su ehtiyatları nəzərə alınmaqla aparılıb.
Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb və nəzərdə tutulan həll yolları barədə məlumat verilib.
Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
28 Aprel 2026
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026