Azərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən aqrar sığorta mexanizmi üzrə sığortalanan əkin sahələri və fermerlərə sığorta ödənişləri artmaqdadır.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin 9 ayının yekunlarına əsasən cari ildə ölkəmizdə 405 604 hektar əkin sahəsi sığortalanıb.
Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri nar və fındıq bağları, qarğıdalı, çəltik, şəkər çuğunduru, buğda, arpa və pambıq sahələri olub.
2024-cü ilin ilk 9 ayı ərzində kənd təsərrüfatı əkinlərinin sığortası üzrə 10 milyon 856 min manat sığorta haqqı toplanıb və 457 milyon manat sığorta təminatı verilib.
Həmçinin bu dövrdə ölkə üzrə 2 380 baş iri və xırdabuynuzlu mal-qara sığorta edilib. Heyvanların sığortası üzrə 1 milyon 412 min manat sığorta haqqı toplanıb, 14 milyon manatdan artıq sığorta təminatı verilib.
Cari ildə bütün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntılar və digər təbiət hadisələri aqrar sektora dəyən zərərin və sığorta ödənişlərinin artmasına səbəb olub.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən ölkəmizin fermer təsərrüfatlarına dəyən zərərə görə ümumilikdə 3 milyon 790 min manat sığorta ödənişi edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıqdır. 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi.
Fermerlərə sığorta ödənişlərinin 2 milyon 908 min manatı bitkiçilik, 881 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib.
Bu il əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində isə 40%-dən çox artım baş verib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir - sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Aqrar Sığorta Fondunun fəaliyyəti və aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək olar.
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024
Ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır
29 Oktyabr 2024