Livestock

Dovşançılıq

  • A
  • A
  • A

Dovşan yetişdirməsi ən ucuz mövcud yemdən, az işçi qüvvəsindən və maliyyədən istifadə edərək xalq təsərrüfatı üçün zəruri olan qiymətli və müxtəlif məhsullar verən heyvandarlıq sektorunun bir sahəsidir. Dovşan yetişdirmə ənənələri tarixi eramızdan əvvəl III əsrdən başlayır. 

Dovşanlar-məməlilər sinfinə və dovşanlar fasiləsinə aid olmaqla əjdadı vəhşi dovşanlardır. Onların vətəni İspaniya və cənubi Fransa hesab olunur. Vəhşi dovşanlar kütlə şəkildə yaşayırlar və yuvalarını yaşayış məntəqələrinin yaxınlığında qururlar. Gecənin əvvəlində və sonunda ən aktivdirlər. Vəhşi dovşanlar əsasən otyeyən heyvanlardır və yaz aylarında onların ən əsas qidası dənli və dənli paxlalı bitkilər olmaqla çox məhsuldardır. Ev dovşanlarının bütün cinsləri xarici görünüşü ilə bir-birinə bənzəyirlər və ümumilikdə, dünyada 200 dovşan cinsi yetişdirilir. Mövcud olan dovşan cinsləri ətlik, xəzlik,ətlik-xəzlik və dekorativ istiqamətlər üzrə yetişdirilir.

Dovşanlardan qısa müddətdə döl almaq mümkündür ki, bir dovşan 6-10 bala vermək qabiliyyətə malikdir Bu gün dovşancılıq sahəsinin inkişaf etdirilməsi gəlirli sahə kimi qəbul olunur.  

Dünya Dovşançılıq Elmi Asossasiyası: 1964-cü ildə Dünya Dovşançılıq Elmi Asossasiyası yaradılmış (WRSA, World Rabbit Science Association) və qərargahı Parisdə yerləşir. WRSA dovşançılıq haqqında öyrənilməsi, yetişdirilməsi və dovşançılıq haqqında məlumatların yayılması üçün onlarla ölkəni bir araya gətirir. WRSA-nın əsas fəaliyyətləri WRSA Konqreslərinin keçirilməsi (dörd ildə bir dəfə) və "World Rabbit Science" jurnalının nəşri ilə formalaşır. Nizamnaməsinə əsasən, WRSA-nın əsas vəzifələri aşağıdakılardır:

  • dünya dovşan yetişdirmə elminin son nailiyyətləri haqqında məlumatların yayılması, istehsalçılar və dovşan yetişdirmə problemləri ilə məşğul olan alimlər arasında təcrübə, praktik və elmi məlumat mübadiləsi;
  • dovşan yetişdirilməsi sahəsində praktik təcrübələrə və elmi tədqiqatlara dəstək;
  • dovşan yetişdirmə elminin dünya təcrübəsinə əsaslanan təlim kursları və birbaşa təlimlərin təşkili üçün məlumatların toplanması;
  • Dünya Dovşan Yetişdirmə Konqreslərinin keçirilməsi;
  • dovşan sənayesinin maraqları naminə FAO və digər yerli təşkilatlarla birgə işin təşkili.

Dünyada mövcud vəziyyət:  Dünya üzrə hər il 802 milyon ton dovşan əti istehsal olunur. Dovşan yetişdirilməsinə investisiya qoymaq dünyanın ən gəlirli sahələrindən biri hesab olunur, ondan 80%-ə qədər xalis gəlir etmək mümkündür. Bu heyvandarlıq sahəsinin yaradılmasında və inkişaf etdirilməsində əsas məqsəd insanların ətə olan tələbatını qismən təmin etməkdir. Eyni zamanda onun xəzi dəri, xəz emalı sənayesi üçün qiymətli xammalıdır. Hazırda dünyada dovşan əti istehsalı üzrə Çin liderdir və dünya bazarının 63 faizini (932,0 min ton)  təmin edir. Çində dovşançılığın tarixi təxminən 1200 ildir. Ölkədə dovşanlar sülh, əmin-amallıq və səadət simvolu sayıldığını nəzərə alsaq, dovşanların  yetişdirilməsi və evdə saxlanılması xalqın çoxdan adətidir. İlk təsərrüfat 1932-ci ildə Şanxayda yaradılmışdır.

Şimali Koreya (154,0 min ton), İspaniya (57,0 min ton) ölklərində də dovşan əti istehsalına görə ilk üçlükdə yer alırlar. Rusiya Federasiyasında 1920-ci ildə dovşanların sənaye üsulu ilə yetişdirlməsinə başlanmış və hazırda 60 cins dovşan növü yetişdirilir. 1920-ci illərdə Avropaya Yaponiyadan gətirilən Angora dovşan cinsi öncə Finlandiyada, Fransada, 1970-ci ildə isə Almaniyada yetişdirilməyə başlanmışdır.  

Qlobal dovşan əti istehsalının yaxın gələcəkdə sabit artım göstərəcəyi proqnozlaşdırılır. Bazar vəziyyətinin 2025-ci ilədək gözlənilən illik böyümə sürəti ilə cari genişlənmə tendensiyasını qoruyacağı və bazar həcmini 1,8 milyon tona çatdıracağı proqnozlaşdırılır.

Dovşan ətinin faydaları: dovşan ətinin faydalı və qidalandırıcı xüsusiyyətləri vardır ki, onun ətinin tərkibi malın döş ətinin tərkibi ilə eynidir. Dovşan əti dietik hesab edilməklə şirin dada malik olmaqla maddələr mübadiləsini balanslaşdırmaq qabiliyyətinə malikdir  Zərif və xoş dada malik olan dovşan ətinin tərkibində A, C, E, PP və B qrupu vitaminləri, K, Ca, Mg, Na, S, P, CL makroelemntləri, Fe, J, Co, Mn, Cu, Mo, F, Cr, Zn mikroelemntləri vardır. 100 qram dovşan ətinin qidalılıq dəyəri: zülallar 21,2 qr, yağlar 11,0 qr, su 67,0 qr,  enerji dəyəri 183 kkal-dir.Dovşan ətinin zərərli xüsusiyyətləri: çoxlu miqdarda dovşan əti yemək böyüklərdə podaqra, artrit, uşaqlarda isə sinir-artrit diatezinə səbəb ola bilir. Tərkibində olan purin orqanizmdə sidik turşusunun artmasına səbəb olur ki, bu da qeyd olunan xəstəliklərin inkşaf etməsinə səbəb olur. Purin əsasən oynaqlarda toplanaraq onları zədələyir. Psoriazdan və psoriatik artritdən əziyyət çəkənlərə dovşan əti yemək olmaz.

Azərbaycan Respublikasında dövşançılıq: Dövlət Statistika Komitəsinin 2020-ci il yanvarın 1-ə vəziyyətinə görə ölkədə 28511 baş (onlardan 2350 başı ana dovşanlar) dövşan mövcuddur. Əsasən  Gəncə-Qazax (535 baş, ondan 242 başı ana dovşanlar), Şəki-Zaqatala (150 baş, ondan 150 ana dovşanlar), Quba-Xaçmaz (123 baş, ondan 31 ana dovşanlar), Aran 24065 baş, Yuxarı Qarabağ  (14 baş, ondan 10 ana dovşanlar) və Naxçıvan MR-də (3624 baş, ondan 1917 baş ana dovşanlar) aşağıdakı cinslər yetişdirilir.

Kaliforniya dovşanı - ətlik istiqamətlidir, diri çəkisi 4,5-5,5 kq, bir dəfəyə  7-8 bala verir, sürətlə böyüyürlər və 2-ci ayda 2 kq çəkiyə malik olurlar;

Yeni Zenlandiya dovşanı - qırmızı və ağ dovşanı olmaqla ətlik, xəz-dəri, sərgi və laborator məqsədlər üçün istifadə olunur. Diri çəkisi 4,5-5,4 kq, il ərzində 40 yaxın bala verir;

Ağ Velikan dovşanı - ətlik, xəz-dəri məqsədlər üçün istifadə olunur, diri çəkisi 4-6 kq olur, bir dəfəyə  7-8 bala verir, bədən uzunluğu 55-65 sm olur, 2 ayda 1,5 kq, 3 ayda 2 kq, 4 ayda isə 2,6 kq olurlar),

Anqora dovşanı əsasən yununa görə populyardır, orta çəkisi 3,5-4 kq, bir dəfəyə 5-6 bala verir, iqtisadi ömürləri 4 ildir, 12 fərqli rəngli növü var, 2 ayından başlayaraq hər 3 ayda bir qırxılır, illik 800-900 qr yun verir); 

Gümüş dovşanı - ətlik və dəri istiqamətlidir, orta çəkis14,5 kq, bədənin uzunluğu 57 sm-ə qədər olur, dişisi bir dəfəyə 8 bala verir, tez böyüyürlər 2 aylıqda 2 kq, 3 ayında isə 3 kq ola bilir;

Boz Velikan dovşanı - ətlik və dəri  məqsədi üçün yetişdirilir, diri çəkisi 4,5-6,5 kq, bədən uzunluğu 56-66 sm,  bir dəfəyə 7-8 bala verir;

Yapon dovşanı - ətlik, xəz-dəri, dekarativ məqsədlər üçün istifadə olunur, diri çəkisi 3,5-4,25 kq, dişisi bir dəfəyə 6-10 bala verir;

Holland dovşanı - ətlik, xəz-dəri məqsədilə istifadə olunur, diri çəkisi 4-6,5 kq, bədən uzunluğu 63 sm olur, bir dəfəyə 7-9 bala verir;

Azərbaycanda əti istehlakı ilə bağlı vəziyyət: Azərbaycanda ətə olan tələbat birtərəflidir. Əhali əsasən qırmızı ət istehlak edir. Qırmızı ətə tələbat yüksək olsa da, təminat yüz faiz deyil. Ölkəmizdə əhalinin ümumilikdə ətə olan tələbatını tam şəkildə ödəmək üçün alternativ variant kimi balıq, quş, vəhşi təbiət heyvanlarının, o cümlədən istehlaka uyğun donuz əti təklif olunur. Bir çox inkişaf etmiş və etməkdə olan ölklərdə isə artıq uzun illərdir ki, insanalrın qida rasionunda dovşan əti də yer tututur.

Azərbaycanda da bu istiqamətdə dovşan əti istehsalına başlanmışdır. Bu ilk növbədə əhalinin ətə olan tələbatının, istehlakının nisbətən ödənilməsinə kömək edir. Dovşan əti ağ ət qrupuna daxil olmaqla, zülalla zəngin və dietikdir. Səmərəlillik baxımından da dovşan əti çox sərfəlidir.

Hazırda respublikada dovşan təsərrüfatlarının getdikcə artırılması nəticəsində Dovşançılar Assosiasiyası yaradılmışdır. Qeyd olunan qurum tərəfindən bu sahənin inkişafı məqsədilə müxtəlif tədbirlər görülür. Hazırkı mərhələdə isə damazlıq, cins və seleksiya ilə bağlı problemlərin həlli istiqamətində iş aparılır. Bu məqsədlə Dovşançılıq Asossasiyası tərəfindən  Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət olunub və 6  baş cins, 12 baş yerli dovşan veriliərək həmin dovşanların biloji təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, yerli şəraitə uyğunlaşdırılması, yemləmənin təkmilləşdirilməsi üzərində tədqiqat işlərinin aparılması və gələcəkdə elmi əsaslarla inkişafına nail olunmasıdır.

24.11.2020

Oklahoma State University, Azerbaijan State Agricultural University sign strategic partnership deal

10.10.2020

The Ministry of Agriculture of the Republic of Azerbaijan appeals to its international partners to condemn the military aggression of Armenia

26.08.2020

Within the scope of the AFAQ project,  women farmers are being supported.