Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının təhlükəli zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir. Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə feromon tələlər quraşdırılıb, monitorinqlər və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Ölkə üzrə carı ilin mart ayının 1-dən (zərərvericinin yetkin fərdlərinin qışlama yerlərindən çıxışı) 7 oktyabradək monitorinq məqsədi ilə 52 rayonda 15208 ədəd feromon tələ quraşdırılıb. Respublikada zərərvericinin daha çox müşahidə olunduğu rayonlar Şimal-qərb bölgəsi üzrə Balakən, Zaqatala, Qax və Şəki, Qərb bölgəsi üzrə Ağstafa, Qazax və Göygöl olub.
Monitorinqlər nəticəsində zərərverici aşkarlanmış yerlərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda inkişafının qışlama fazasına keçidi ilə əlaqədar zərərvericinin yetkin fərdlərinin sayının nisbətən daha çox müşahidə edildiyini nəzərə alaraq mübarizə tədbirləri gücləndirilib. Gücləndirilmiş mübarizə tədbirləri nəticəsində zərərverici məhv edilir. Ölkənin bütün bölgələrində monitorinqlər davam etdirilir və sirayətlənmə müşahidə edildikdə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Bölgələrdə monitorinqlər və mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Oktyabr 2024
Zeytun becərilməsi və zeytun yağının emal texnologiyaları üzrə təlim keçiriləcək
18 Oktyabr 2024
Nazir müavini Sarvan Cəfərov Samuxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
17 Oktyabr 2024
Sosial Tədqiqatlar Mərkəzi: Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib
17 Oktyabr 2024
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə təcrübə mübadiləsi aparıb
16 Oktyabr 2024