Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib. İclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
İşçi Qrupunun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Oktyabr 2024
Zeytun becərilməsi və zeytun yağının emal texnologiyaları üzrə təlim keçiriləcək
18 Oktyabr 2024
Nazir müavini Sarvan Cəfərov Samuxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
17 Oktyabr 2024
Sosial Tədqiqatlar Mərkəzi: Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib
17 Oktyabr 2024
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə təcrübə mübadiləsi aparıb
16 Oktyabr 2024