Yazlıq taxıl sahələrinin sığortalanması üçün nəzərdə tutulan müddət iyun ayının 15-də başa çatır. Aqrar Sığorta Fondu (ASF) yazlıq taxıl əkini ilə məşğul olan fermer və təsərrüfat sahiblərini taxıl sahələrini bu müddətin sonunadək dövlət dəstəkli aqrar sığorta vasitəsilə sığortalamağa çağırır.
Aqrar sığorta vasitəsilə istehsalçılara məxsus əkin sahələri dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, eləcə də üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumu kimi risklərdən sığortalanır. Sığorta haqqının 50 faizi dövləti tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə taxıl sahələrini sığortalaya bilirlər. Belə ki, ölkənin əksər ərazilərində 1000 manatldıq məhsul olan 1 hektar buğda və ya arpa sahəsinin sığortalanması fermerlərə cəmi 6-12 manata başa gəlir.
Fermerlər taxıl sahələrini sığorta etmək üçün ASF-nin 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Sığorta haqqı isə Asan Pay sistemi vasitəsilə asanlıqla ödənilir.
ASF yazlıq taxıl becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.
Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə ASF-nin rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində və «Bitkiçilik kalkulyator»u vasitəsilə ətraflı tanış olmaq mümkündür.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsi (asf.gov.az), sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.
Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə keçirilib
11 Iyun 2026
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
11 Iyun 2026
Media nümayəndələrinin iştirakı ilə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri həyata keçirilib
11 Iyun 2026
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11 Iyun 2026
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
10 Iyun 2026