13-14 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.
Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.
Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.
Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər.
Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi, soyuducu, selofan paket digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə keçirilib
11 Iyun 2026
“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib
11 Iyun 2026
Media nümayəndələrinin iştirakı ilə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri həyata keçirilib
11 Iyun 2026
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
10 Iyun 2026
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026