Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığının təyin olunması üzrə sahə nümayişi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin, fermerlərin və tədarük şirkətlərinin nümayəndələrinin iştirak etdiyi nümayişdə üç işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən hektara düşən bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanaraq təhlil olunub, elmi nəticələr yerində aktlaşdırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov və Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev yeni texnologiya üzərində aparılmış elmi nəticələri açıqlayıblar. Bildirilib ki, üç saat aparılan tədqiqat nəticəsində məhsuldarlığın 90 sentinerdən, hər qozadan lif çıxımının isə 40 faizdən yüksək olduğu müəyyən olunub.
Mütəxəssislər qeyd ediblər ki, pambıqçılığın qarşısında duran əsas hədəf hektara düşən məhsuldarlığın daha da yüksəldilməsi, fermer və tədarükçü şirkətlərin marağında olan lif çıxımının göstəricilərini yaxşılaşdırmaqdır. Bu məqsədlə hazırda Tərtər rayonunda yunan, Beyləqan rayonunda isə türk texnologiyası əsasında pambıq əkini aparılaraq yeni əkin-becərmə metodları öyrənilir. Gələcəkdə hər üç təcrübə birləşdirilərək innovativ əkin sxemləri tətbiq olunacaq.
Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib
26 Aprel 2024
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
25 Aprel 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib
25 Aprel 2024
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək
25 Aprel 2024
Aqrar Sığorta Fondunun sədri Göyçayda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
25 Aprel 2024