Birbaşa Dövlət Dəstəyi

Gömrük güzəştləri

  • A
  • A
  • A

 Gömrük güzəştləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 və 12 nömrəli qərarlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində istifadə edilən və lizinq müqaviləsinin obyekti olan əksər maşın və texniki vasitələr, o cümlədən traktorlar, suvarma qurğuları, torpağın hazırlanması və işlənməsi üçün katoklar, kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və mexanizmlər, otbiçənlər, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün maşınlar, sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar, quşçuluq üçün inkubatorlar və bruderlər, toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar, unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar və s. idxal edilərkən idxal rüsumundan və əlavə dəyər vergisindən azaddırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixl 17 nömrəli qərarına müvafiq olaraq ölkəyə idxal olunan safqanlı iribuynuzlu heyvanlar, cins qoyunlar və keçilər, əkin üçün soya paxlalılar, günəbaxan, şəkər çuğunduru və yonca toxumları, gübrələr, bəzi aqrokimiyəvi maddələr, bir sıra kənd təsərrüfatı və emalı texnikası, o cümlədən quruducular, süd separatorları, qida sənayesində istifadə edilən suyun süzülməsi və ya təmizlənməsi üçün qurğu və avadanlıqlar, butulkaların və ya digər qabların yuyulması və qurudulması üçün avadanlıqlar, ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri, suvarma qurğuları, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş qurğular, pnevmatik qaldırıcılar və konveyerlər, torpağın hazırlanması və işlənməsi üçün maşınlar, otbiçənlər, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya kalibrlənməsi üçün maşınlar, quşçuluq üçün inkubatorlar və bruderlər, sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar və s. ölkəyə idxal edilərkən idxal rüsumuna və əlavə dəyər vergisinə cəlb edilmirlər.

Qeyd edilənlərdən başqa, Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsullarına da idxal rüsumu və əlavə dəyər vergisi tətbiq edilmir.