Kənd təsərrüfatı məhsulları istehsalçılarının diqqətinə!
Suvarma suyu ilə təchizat məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və ya Sudan İstifadəedənlər Birliklərinə müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında iştirak etmələri tələb olunur.
Suvarma qrafikləri bütün maraqlı tərəflər imzaladıqdan və bu səhifədə dərc edildikdən sonra tətbiq edilir.
Suvarma qrafiki su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunur.
Suvarma qrafikinin forması ilə tanış olmaq üçün PDF faylı buradan yükləyə bilərsiniz.
Suvarma qrafikini doldurmaq üçün EXCEL faylı buradan yükləyə bilərsiniz.