Tabeli qurumlar
Nazirlik
Nazirliyi Apellyasiya Şurasının mövcud tərkibi
Kənd Təsərrüfatı Nazirliyi Apellyasiya Şurasının mövcud tərkibi barədə
MƏLUMAT
Şuranın sədri:
İlhamə Qədimova - Kənd Təsərrüfatı nazirinin müavini
Şuranın üzvləri:
İlham Süleymanov - İnsan resursları şöbəsinin müdiri
Leyli Ağayeva - Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri
Hasil Əliyev - Hüquq və icra intizamı şöbəsinin müdir müavini
Mehman İsmayılov- Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinin müavini
Anar Əzimov - Aqrar Xidmətlər Agentliyinin sədrinin müavini
Həmzə Xəlilov – “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin direktorunun müşaviri
Apellyasiya Şurasının Katibliyinin mövcud tərkibi
Kənd Təsərrüfatı Nazirliyi Apellyasiya Şurasının Katibliyinin mövcud tərkibi barədə
MƏLUMAT
Katibliyin rəhbəri:
Elşad Səmədzadə - Ümumi şöbənin müdirinin müavini, Sənədlərlə iş və monitorinq sektorunun müdiri
Katibliyin tərkibi:
Təhminə Məsimova - Elm, təhsil və insan resursları şöbəsinin Dövlət qulluğu sektorunun müdiri
İsmət Qubatov - İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi
Apellyasiya Şurasının məlumatları
Rəhbərlik
Mərkəzi Aparat
Tabeli qurumlar
Apellyasiya Şurası
Nazirliyin tarixi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir.
Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının, o cümlədən akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar Elm və İnnovasiya Mərkəzi, rayon və şəhər Dövlət Aqrar İnkişaf Mərkəzləri, Dövlət Toxum Fondu, Respublika Süni Mayalanma Mərkəzi, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC, "Aqrar Tədarük və Təchizat" ASC, Dövlət Aqrar Ticarət Şirkəti, “Green Park Azərbaycan” MMC fəaliyyət göstərir. Nazirlik həmin xidmətlərin fəaliyyətini əlaqələndirir və onlara nəzarəti həyata keçirir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2009-cu il tarixli 392 nömrəli Sərəncamı ilə “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi özünəməxsus şərəfli bir tarixi yol keçmişdir. 1918-ci il may ayında Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi, 1918-ci ilin oktyabrında Dövlət Əmlakı və Əkinçilik Nazirliyi və 1920-ci ildə yaradılan Dövlət Torpaq Komissarlığı adları altında 1946-cı ilədək fəaliyyət göstərmişdir. 1946-cı ilin yanvarında Torpaq Komissarlığı Əkinçilik Nazirliyinə, həmin ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinə çevrildi. Nazirlər Sovetinin 15 fevral 1947-ci il tarixli qərarı ilə Texniki Bitkilər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edildi. Azərbaycan KP MK və Nazirlər Sovetinin 3 dekabr 1985-ci il tarixli 392 nömrəli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının İstehsalat-Texniki Təminatı Dövlət Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmi-istehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında Dövlət Aqrar Sənaye Komitəsi yaradıldı. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini davam etdirir.
Beynəlxalq əməkdaşlıq
Açıq məlumatlar
Hesabatlar
Xidmətlər barədə statistik məlumatlar:
2021
Qeydiyyatdan keçmiş fermer sayı 29666
Qeydiyyatdan keçmiş təsərrüfat sayı 30398
Qeydiyyatdan keçmiş fiziki şəxslər 29566
Qeydiyyatdan keçmiş hüququ şəxslər 100
Qeydiyyatdan keçmiş ərazilərin sayı 103621
Ərazi yaratmış fermerlərin sayı 65251
Ərazi yaradılmış təsərrüfatların sayı 65395
Ümumi:
Qeydiyyatdan keçmiş barama təchizatçıları 139
Qeydiyyatdan keçmiş gübrə təchizatçıları 529
Qeydiyyatdan keçmiş toxum təchizatçıları 635
Qeydiyyatdan keçmiş tədarükçülər 22
Qeydiyyatdan keçmiş tədarük məntəqələri 618
Qeydiyyatdan keçmiş fermer sayı 576236
Əkin bəyan edən fermerlərin sayı 420512