Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya üzvlərin və seçicilərin qeydiyyatı barədə ELAN

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya üzvlərin və seçicilərin qeydiyyatı barədə ELAN

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və qeydiyyat qaydası:

  1. Namizədlərə dair tələblər:

- İctimai Şurada üzvlüyə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, aqrar sahə üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;

- Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər;

- İctimai Şurada üzvlüyə Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının namizədlikləri irəli sürülə bilməz.

Namizədlərin qeydiyyatı:

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
  2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  3. namizədin tərcümeyi-halı;
  4. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
  5. namizədin elm və təhsil sahəsi üzrə təcrübə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlər) surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

 

  1. Seçicilərə dair tələblər:

- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

 - İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;

- Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

Seçicilərin qeydiyyatı:

Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisi) qeydiyyata alınması üçün müraciət;
  2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;
  3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;
  4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin surəti.

 

  1. Sənədlərin qəbulu və baxılması

Namizəd və seçicilərin qeydiyyatı məsələsinə kənd təsərrüfatı nazirinin əmri ilə yaradılmış seçki komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilir.

Sənədlər mövzu hissəsində “Namizəd” və ya “Seçici” yazılmaqla aşağıda qeyd edilən link vastəsilə göndərilməlidir.

https://forms.gle/pB4guYw28BNLRHGv6 

Qeydiyyat üçün sənədlər 2025-ci ilin 14 oktyabr tarixindən qəbul edilir. Sənədlərin qəbulu müddəti 2025-ci il 13 noyabr tarixində başa çatacaq.