Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 14 yanvar tarixli 29s nömrəli Sərəncamı ilə “2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarı (kvotası), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” təsdiq edilmişdir.
2026-cı ildə Azərbaycan Respublikasının balıqçılıq su obyektlərində sənaye, elmi-tədqiqat və nəzarət, təhsil və maarifləndirmə, habelə akvakultura məqsədləri ilə balıq və digər su bioresurslarının ovu üçün kvotaların bölgüsü sözügedən Sərəncama əsasən həyata keçiriləcəkdir.
Balıq və digər su bioresurslarının ovuna kvota almaq üçün müraciət etmə qaydası:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura
Mərkəzi” publik hüquqi şəxs
____________________________________________________
(Nazirliyin müvafiq orqanının adı)
____________________________________________________
(hüquqi şəxsin və fərdi sahibkarın
adı, soyadı)
Ə R İ Z Ə
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs tərəfindən 2026-cı il üçün ayrılmış balıq və digər su bioresurslarının ovu üçün müəyyən edilmiş ümumi kvota daxilində aşağıda adları göstərilən növlərin müvafiq balıqçılıq su obyektlərində ovu üçün pay ayırmağınızı xahiş edirəm.
Ərizəçi barədə məlumatlar:
1. Soyadı, adı və atasının adı (hüquqi şəxslər üçün tam adı):_____________________
____________________________________________________________________
2.Qısaldılmış adı (əgər vardırsa):__________________________________________
3.Hüquqi ünvanı:______________________________________________________
Poçt ünvanı : ________________________________________________________
Telefon: ____________________________________________________________
Faks: ______________________________________________________________
E-mail: _____________________________________________________________
4.Faktiki ünvan: ______________________________________________________
Poçt ünvanı: ________________________________________________________
Telefon: ____________________________________________________________
Faks: _____________________________________________________________
E-mail: _____________________________________________________________
5. VOEN: __________________________________________________________
6. Bank rekvizitləri: __________________________________________________
___________________________________________________________________
7. Balıq və digər su bioresurslarının ovu üçün istifadə ediləcək gəmi (qayıq) tipləri:
___________________________________________________________
8. Payın ayrılması barədə xahiş edilən balıq və digər su bioresurslarının miqdarı:
Sıra
№-si
Balıq və digər su bioresurslarının növləri
Ovun həyata keçiriləcək balıqçılıq su obyekti və sahəsi
Ov aləti, növü və sayı
Miqdarı (tonla)
Cəmi:
Ərizədə göstərilən məlumatların və əlavə edilmiş sənədlərdəki məlumatların tamlığını və dürüstlüyünü təsdiq edirəm.
Qoşma: _____ vərəq.
Əlavə edilən sənədlərin siyahısı:
Rəhbər _________________________ _______________________
(soyadı, adı və atasının adı) (imza)
Ərizənin verildiyi tarix “__” ___________ 20____ il
Hüquqi şəxslər tərəfindən ərizə möhürlə təsdiq edilməlidir.
Balıq və digər su bioresurslarının ovuna kvota almaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na 7 nömrəli əlavə ilə müəyyən edilmiş formada ərizə ilə aşağıda göstərilən ünvanlara müraciət edilir;
Balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədilə akvakultura ovuna kvota almaq üçün Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsinə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə aşağıda göstərilən ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər:
Quba “ASAN xidmət” mərkəzi
– Xaçmaz, Şabran, Siyəzən
Salyan “ASAN xidmət” mərkəzi
– Neftçala, Salyan, Biləsuvar, Şirvan
Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi
– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir
Lənkəran “ASAN xidmət” mərkəzi
– Astara, Lənkəran, Masallı
- Balıq və digər su bioresurslarının elmi-tədqiqat və nəzarət, bərpa məqsədilə akvakultura, habelə təhsil və maarifləndirmə məqsədləri ilə ovuna kvota almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsinə (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 1)
Kvota ayrılması və balıqovlama biletinin verilməsi barədə ərizə forması
Balıq və digər su bioresurslarının elmi-tədqiqat və nəzarət, akvakultura, habelə təhsil və maarifləndirmə məqsədləri ilə ovuna kvota və balıqovlama bileti almaq üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir və siyahısı ərizədə qeyd edilir:
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;
- elmi-tədqiqat və nəzarət, akvakultura, təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün balıqovlama biletini almağa görə müraciət edən hüquqi və fiziki şəxslər ərizəsində ovun məqsədi və müddəti, ov ediləcək ərazilər və onun sahələri, ov alətlərinin çeşidi, sayı, ölçüləri, ovu planlaşdırılmış balıq və digər su bioresurslarının növü və sayı, habelə ovlanmış balıq və digər su bioresurslarının istifadə təyinatı və ova cavabdeh şəxs haqqında məlumatlar;
- akvakultura məqsədi ilə ov üçün bioloji və texnoloji əsaslandırılmanın, təhsil və maarifləndirmə məqsədi ilə ov üçün maarifləndirmə layihəsinin və elmi-tədqiqat məqsədi ilə ov üçün elmi-tematik planın surəti;
- ov ediləcək yerlər konkret göstərilməklə, sifariş verilən kvotanın (payın) növlər üzrə və ov alətlərinin briqadalar (manqalar) arasında təsdiq edilmiş bölgüsü;
- mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti;
Balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama bileti almaq üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir və siyahısı ərizədə qeyd edilir:
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və VÖEN-in surətləri;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- ov ediləcək yerlər konkret göstərilməklə, sifariş verilən kvotanın (payın) növlər üzrə və ov alətlərinin briqadalar (manqalar) arasında təsdiq edilmiş bölgüsü;
- mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti;
Balıqovlama biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə (hər bir balıqovlama biletinə görə 25 manat məbləğində) dövlət rüsumu tutulur.
Ərizələrin təqdim edilmə qaydası və müddəti:
- Ərizələr elanda qeyd edilən ünvanlara şəxsən, poçtla və ya elektron qaydada təqdim edilir.
Ərizələrin təqdim edilməsinin son müddəti:
- Balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədi ilə akvakultura ovuna kvota almaq üçün 2026-cı il 1 aprel tarixinə qədər;
- Balıq və digər su bioresurslarının elmi-tədqiqat və nəzarət, bərpa məqsədilə akvakultura, habelə təhsil və maarifləndirmə məqsədləri ilə ovuna kvota almaq üçün 2026-cı il 1 sentyabr tarixinə qədər.
Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər:
- “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir (ödəniş qiymətləri əlavə edilir).
- Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim olunur.
Balıqçılıq və Akvakultura mərkəzinin
2026-cı il 15 yanvar tarixli
3-22-25/3-1-29/2026 nömrəli
əmri ilə təsdiq edilmişdir.
2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri
|
№
|
Balıq və digər su bioresursları
|
Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün
|
Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün
|
|
1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)
|
1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)
|
|
1
|
Кilkə
|
44,50
|
89,00
|
|
2
|
Siyənək
|
111,25
|
222,50
|
|
3
|
Кеfal
|
89,00
|
178,00
|
|
4
|
Çapaq
|
89,00
|
178,00
|
|
5
|
Кülmə
|
89,00
|
178,00
|
|
6
|
Çəki
|
178,00
|
267,00
|
|
7
|
Хəşəm
|
222,50
|
445,00
|
|
8
|
Sıf
|
178,00
|
356,00
|
|
9
|
Кütüm
|
222,50
|
445,00
|
|
10
|
Şamayı
|
222,50
|
445,00
|
|
11
|
Qarasol
|
89,00
|
-----
|
|
12
|
Хərçəngkimilər
|
222,50
|
445,00
|
|
13
|
Digər balıq növləri
|
89,00
|
178,00
|