|
İCRA MEXANİZMLƏRİ
|
|
A.
|
TƏŞKİLATİ STRUKTUR
KTN və ADSEA-da Fəaliyyətlər üzrə təyin olunmuş bölmələr ətraf mühit, sosial məsələlər, sağlamlıq və əmək təhlükəsizliyi (ƏMSSƏT) ilə bağlı risk və təsirlərin idarə olunmasını, habelə Fəaliyyətlər çərçivəsində maraqlı tərəflərlə əlaqələri dəstəkləmək üçün kifayət qədər ixtisaslı kadr və resurslar ilə təmin edilir və onların davamlı əsasda fəaliyyəti təşkil edilir. Hər bir bölmənin ştatında Bank üçün məqbul hesab edilən ətraf mühit üzrə ən azı bir ixtisaslı mütəxəssis və sosial məsələlər üzrə ən azı bir ixtisaslı mütəxəssis olmalıdır. Layihənin ehtiyaclarından asılı olaraq əlavə mütəxəssislər daimi əsasda cəlb edilir.
|
Ətraf mühit və sosial məsələlər üzrə mütəxəssislər Sazişin qüvvəyə minmə tarixindən etibarən bir aydan gec olmayaraq təyin edilir və bu vəzifələr Fəaliyyətlərin icrası müddətində saxlanılır.
|
KTN və ADSEA
|
|
B
|
MÜNTƏZƏM HESABATLILIQ
Fəaliyyətlər üzrə ətraf mühit və sosial (ES) sahəsində göstəricilərə dair monitorinq hesabatları hazırlanır və Banka təqdim olunur. Bu hesabatlarda, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, ƏMSÖP-in icrası, hazırlanmaqda olan ƏMS qiymətləndirmələrinin və sənədlərinin statusu, maraqlı tərəflərlə əlaqə fəaliyyətləri, eləcə də daxil olmuş şikayətlərin qeydiyyatı və onların baxılma vəziyyəti əks etdirilir.
|
Fəaliyyətlərin icrası dövründə, Sazişin qüvvəyə minmə tarixindən sonra başlamaqla Fəaliyyətlər üzrə hesabatların tərkib hissəsi olaraq və ya Bankın tələbinə uyğun olaraq ətraf mühit və sosial (ƏMS) göstəricilərinə dair rüblük hesabatlar Banka təqdim olunur. Hər bir hesabat müvafiq hesabat dövrü başa çatdıqdan sonra 30 gündən gec olmayaraq Banka təqdim edilir.
|
KTN-də Fəaliyyətlər üzrə təyin olunmuş bölmə
|
|
C
|
İNSİDENTLƏR VƏ BƏDBƏXT HADİSƏLƏR
Fəaliyyətlərlə bağlı ətraf mühitə, təsirə məruz qalan icmalara, ictimaiyyətə və ya işçilərə əhəmiyyətli mənfi təsir göstərən və ya belə təsir göstərəcəyi ehtimal olunan hər hansı insident və ya bədbəxt hadisə barədə Banka məlumat verilir. Bunlara, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, işçilərin və ya ictimaiyyət nümayəndələrinin ölümü və ya ağır xəsarət alması ilə nəticələnən hallar; zorakılıq, ayrı-seçkilik və ya etiraz halları; mədəni irsə və ya biomüxtəliflik resurslarına gözlənilməz təsirlər; ətraf mühitin çirklənməsi; bəndlərin nasazlığı və ya dağılması; məcburi və ya uşaq əməyindən istifadə; müvafiq hüquqi prosedurlara əməl edilmədən köçürülmə (məcburi köçürülmə); cinsi istismar və ya sui-istifadə (SEA) və ya cinsi qısnama (SH) ilə bağlı iddialar; habelə xəstəliklərin yayılması daxildir.
Bankın sorğusu əsasında insident və ya bədbəxt hadisə ilə bağlı mövcud məlumatlar təqdim edilir. İnsident və ya bədbəxt hadisənin əsas və kök səbəblərini müəyyən etmək məqsədilə operativ araşdırılması təmin edilir.
İnsident və ya bədbəxt hadisənin nəticələrinin aradan qaldırılması və təkrarlanmasının qarşısının alınması üçün görüləcək tədbirləri və fəaliyyətləri müəyyən edən Düzəldici tədbirlər planı hazırlanır, həmin plan Bank ilə razılaşdırılır və icra edilir.
|
İnsident və ya bədbəxt hadisə barədə məlumat əldə edildikdən sonra 48 saatdan gec olmayaraq Banka bu haqda məlumat verilir. Bankın sorğusu əsasında mövcud məlumatlar təqdim edilir.
Bank tərəfindən yazılı şəkildə fərqli müddət razılaşdırılmadığı hallar istisna olmaqla, ilkin bildiriş təqdim edildikdən sonra 10 gündən gec olmayaraq araşdırma hesabatı və düzəldici tədbirlər planı Banka təqdim olunur.
|
KTN-də və ADSEA-da Fəaliyyətlər üzrə təyin olunmuş bölmələr
|
|
ƏMSS 1: ƏTRAF MÜHİT VƏ SOSİAL RİSK VƏ TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ OLUNMASI
|
|
1.2
|
TEXNİKİ YARDIM
|
Fəaliyyətlərin icrası müddətində.
|
KTN-də və ADSEA-da Fəaliyyətlər üzrə təyin olunmuş bölmələr
|
|
ƏMSS 2: ƏMƏK VƏ İŞ ŞƏRAİTİ
|
|
2
|
ƏMƏK RESURSLARININ İDARƏ EDİLMƏSİ PROSEDURLARI
İşçilərin Fəaliyyətlərin icrasına ƏMSS 2-yə uyğun şəkildə cəlb olunması təmin edilir.
Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir:
a) İşçilərə əmək münasibətlərinin şərtləri barədə aydın və başa düşülən məlumat və sənədlər təqdim olunur - bu məqsədlə onların hüquqlarını müəyyən edən yazılı əmək müqavilələri bağlanır. Bu hüquqlara, o cümlədən, iş vaxtı, əməkhaqqı, iş vaxtından əlavə iş saatları (overtime), kompensasiya və müavinətlər, habelə əmək müqaviləsinə xitam verilməsi barədə yazılı bildiriş və müvafiq hallarda vəzifədən kənarlaşdırılma ilə əlaqədar ödənişlərə dair məlumatlar daxildir;
b) Ümumi Ətraf Mühit, Sağlamlıq və Təhlükəsizlik üzrə Təlimatlar (EHSG-lər), eləcə də digər müvafiq qabaqcıl beynəlxalq təcrübə (GIIP) nəzərə alınmaqla və müvafiq hallarda sahəvi EHSG-lər və digər qabaqcıl beynəlxalq təcrübə (GIIP) tətbiq edilməklə, sağlamlıq və əmək təhlükəsizliyi üzrə tədbirlər (o cümlədən fərdi mühafizə vasitələri, fövqəladə hallara hazırlıq və cavab tədbirləri) həyata keçirilir;
c) Müvafiq hallarda aşağıdakıları təmin edən tədbirlər həyata keçirilir: (i) məcburi əməyin və uşaq əməyinin bütün formalarının qarşısının alınması; (ii) işçilərin, o cümlədən, qisas qorxusu olmadan şikayət və müraciət mexanizmlərinə çıxış imkanlarından istifadə etməsi; (iii) işçilərin əmək və iş şəraiti ilə bağlı hüquqlarını qorumaq və narahatlıqlarını ifadə etmək məqsədilə işçi təşkilatları yaratmaq və onlarda üzv olmaq azadlığının, habelə bu məqsədlə alternativ mexanizmlərin təmin edilməsi;
d) İşçilər üçün cinsi istismar və ya sui-istifadə (SEA) və cinsi qısnama (SH) halların qarşısının alınması məsələlərini, həmçinin onlara cavab tədbirlərini əhatə edən etik davranış qaydaları hazırlanır;
e) Yuxarıda göstərilən müvafiq tələblər Fəaliyyətlərin icrasına işçiləri cəlb edən üçüncü tərəflərlə bağlanan satınalma sənədlərinin və müqavilələrin ƏMS şərtlərində əks edilir;
f) İşçilər üçün əlçatan və işlək Şikayətlərin baxılması mexanizmi (ŞBM) yaradılır.
|
GFPP qrantı hesabına maliyyələşdirilən işçilərin işə qəbulundan əvvəl etik davranış qaydaları hazırlanır, Şikayətlərin baxılması mexanizmi (ŞBM) yaradılır - bu tədbirlərin Fəaliyyətlərin icrası müddətində qüvvədə saxlanılması təmin edilir.
|
KTN-də və ADSEA-da Fəaliyyətlər üzrə təyin olunmuş bölmələr
|
|
ƏMSS 3, ƏMSS 4, ƏMSS 5, ƏMSS 6, ƏMSS 8
|
|
3
|
Müvafiq hallarda, yuxarıdakı 1.2-ci tədbir çərçivəsində həyata keçirilən texniki yardım fəaliyyətlərində bu standartların aidiyyəti aspektləri nəzərə alınır.
|
1.2-ci tədbir üzrə nəzərdə tutulan müddətlə eyni.
|
KTN-də və ADSEA-da Fəaliyyətlər üzrə təyin olunmuş bölmələr
|
|
4
|
Bank üçün məqbul texniki tapşırıqlara əsasən, aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədilə bəndlər üzrə bir və ya bir neçə müstəqil mütəxəssis cəlb edilir: (a) Layihənin asılı olduğu bəndlərin, onlara aid köməkçi qurğuların və istismar tarixçəsinin təhlükəsizlik vəziyyətinin yoxlanılması və qiymətləndirilməsi; (b) mülkiyyətçinin istismar və texniki xidmət prosedurlarının nəzərdən keçirilməsi və qiymətləndirilməsi; (c) bəndlərin təhlükəsizlik baxımından məqbul səviyyəyə çatdırılması üçün zəruri olan hər hansı bərpa işləri və ya təhlükəsizliklə bağlı tədbirlər üzrə nəticələri və tövsiyələri əks etdirən yazılı hesabatın təqdim edilməsi.
|
Texniki layihələndirmə mərhələsində və tədqiqatların icrası müddətində saxlanılır.
|
KTN-də Fəaliyyətlər üzrə təyin olunmuş bölmə
|
|
ƏMSS 10: MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏ VƏ MƏLUMATIN AÇIQLANMASI
|
|
10.1
|
MARAQLI TƏRƏFLƏRLƏ ƏLAQƏ VƏ MƏLUMATIN AÇIQLANMASI
Fəaliyyətlərin icrasında ƏMSS 10-a uyğun olaraq maraqlı tərəflərlə əlaqə və məlumatın açıqlanması üzrə tədbirlər nəzərdə tutulur.
Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir:
a) Maraqlı tərəflərə Fəaliyyətlərin ətraf mühit və sosial risk və təsirləri barədə məlumat vaxtında, aydın və başa düşülən, əlçatan və uyğun formada təqdim edilir - bu məlumatlara, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Fəaliyyətlər çərçivəsində hazırlanmış hər hansı ətraf mühit və sosial sənədlər daxildir;
b) Maraqlı tərəflərlə manipulyasiya, müdaxilə, məcburetmə, ayrı-seçkilik və təzyiqdən azad, mədəni baxımdan uyğun şəkildə məsləhətləşmələr aparılır - bu məsləhətləşmələrə, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Fəaliyyətlər çərçivəsində hazırlanmış hər hansı ətraf mühit və sosial sənədlərlə bağlı məsləhətləşmələr daxildir;
c) Maraqlı tərəflərlə əlaqə fəaliyyətləri sənədləşdirilir - bu çərçivədə: (i) maraqlı tərəflər dairəsinin müəyyən edilməsi; (ii) istifadə olunmuş məsləhətləşmə və iştirak mexanizmlərinin təsviri və keçirilmiş görüşlərin protokolları; (iii) daxil olmuş rəylər və həmin rəylərə verilmiş cavablar; (iv) xüsusi şəraitləri səbəbindən əlverişsiz və ya həssas vəziyyətdə ola bilən maraqlı tərəflərin cəlb olunması üzrə tədbirlər əks etdirilir.
|
Maraqlı tərəflərlə əlaqə tədbirləri Fəaliyyətlərin icrası müddətində həyata keçirilir.
|
KTN-də və ADSEA-da Fəaliyyətlər üzrə təyin olunmuş bölmələr
|
|
10.2
|
ŞİKAYƏTLƏRİN İDARƏ OLUNMASI
Fəaliyyətlərlə bağlı bütün irad və şikayətlərin qəbul edilməsi, operativ və effektiv şəkildə, şəffaf, mədəni baxımdan uyğun və Fəaliyyətlərdən təsirlənən bütün tərəflər üçün asanlıqla əlçatan qaydada, ödənişsiz və hər hansı təzyiq və ya qisas riski olmadan, o cümlədən anonim qaydada təqdim olunan müraciətlər də daxil olmaqla, ƏMSS 10-a uyğun şəkildə baxılması təmin edilir.
|
Fəaliyyətlər üzrə maraqlı tərəflər üçün Şikayətlərin baxılması mexanizmi (ŞBM) onlarla əlaqəyə başlanmazdan və hər hansı tədqiqatlara start verilməzdən əvvəl yaradılır və Fəaliyyətlərin icrası müddətində saxlanılır.
|
KTN-də və ADSEA-da Fəaliyyətlər üzrə təyin olunmuş bölmələr
|