Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi elektrik və santexnik işləri üzrə vakansiya e...

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi elektrik və santexnik işləri üzrə vakansiya elan edir.

 

Kənd Təsərrüfatı Nazirliyi,

Baş mütəxəssis (elektrik)

 

İş haqqında qısa təsvir:

 

Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında elektrik işlərini görmək

 

Əmək funksiyaları

Elektrik sisteminin inzibati binada daima işlək vəziyyətdə olmasını təmin etmək

Elektrik sistemlərinin ümumi vəziyyəti barədə daima müşahidələr aparmaq, hər hansı bir uyğunsuzluq müşahidə etdikdə bu barədə məsul şəxsi məlumatlandırmaq və həlli yolları ilə bağlı təkliflərini təqdim etmək

Elektrik sistemlərinin ehtiyacları barədə aidiyyəti üzrə məsul şəxsi məlumatlandırmaq

Sıradan çıxmış elektrik lampalarının, o cümlədən digər elektrik avadanlıqlarının təmiri və ya yenisi ilə əvəzlənməsini təmin etmək

Həvalə edilmiş elektrik avadanlıqları, alətləri və ölçü cihazlarını qorumaq

Elektrik sistemi ilə bağlı tələb olunan digər işləri yerinə yetirmək

Təcrübəyə dair tələblər:

Sahə üzrə 2 il iş təcrübəsi

Bilməli olduğu zəruri biliklər

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları

Sertifikat tələbləri:

-        

Fərdi keyfiyyət tələbləri:

Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq, komandada işləmək bacarığı

Əmək haqqı:

700 AZN.

İş vaxtının norması:

09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)

İş yerinin ünvanı:

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91

Son müraciət tarixi  -  01.08.2023           

 

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi,

Baş mütəxəssis (sanitar-texniki)

 

İş haqqında qısa təsvir:

 

Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında sanitar-texniki işləri görmək

 

Əmək funksiyaları

Sanitar-texniki sistemlərin inzibati binada daima işlək vəziyyətdə olmasını təmin etmək

Sanitar-texniki sistemlərin ümumi vəziyyəti barədə daima müşahidələr aparmaq, hər hansı bir uyğunsuzluq müşahidə etdikdə bu barədə məsul şəxsi məlumatlandırmaq və həlli yolları ilə bağlı təkliflərini təqdim etmək

Sanitar-texniki sistemlərin ehtiyacları barədə aidiyyəti üzrə məsul şəxsi məlumatlandırmaq

Sıradan çıxmış, o cümlədən digər sanitar-texniki avadanlıqların təmiri və ya yenisi ilə əvəzlənməsini təmin etmək

Həvalə edilmiş sanitar-texniki avadanlıqları, alətləri və ölçü cihazlarını qorumaq

Sanitar-texniki sistemləri ilə bağlı tələb olunan digər işləri yerinə yetirmək

Təcrübəyə dair tələblər:

Sahə üzrə 2 il iş təcrübəsi

Bilməli olduğu zəruri biliklər

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları

Sertifikat tələbləri:

-        

Fərdi keyfiyyət tələbləri:

Məsuliyyətlilik, ünsiyyət qabiliyyəti, nizam-intizamlıq, komandada işləmək bacarığı

Əmək haqqı:

540 AZN.

İş vaxtının norması:

09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)

İş yerinin ünvanı:

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91

Son müraciət tarixi  -  01.08.2023           

 

Uyğun namizədlər öz sənədlərini hr@agro.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə vasitəsi (+994 12) 498 08 44 (1265)