Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Kənd təsərrüfatı və sənaye məhsulları idxal edən özəl sektor nümayəndələrinin nəzərinə!

Kənd təsərrüfatı və sənaye məhsulları idxal edən özəl sektor nümayəndələrinin nəzərinə!

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

Azərbaycanda kənd təsərrüfatı istehsalı və emalı məhsullarının idxalı üzrə tətbiq edilən qeyri-texniki və qeyri-tarif tədbirləri haqqında

A R A Y I Ş

 Bakı – 2024

Azərbaycanda kənd təsərrüfatı istehsalı və emalı məhsullarının idxalı üzrə tətbiq edilən qeyri-texniki və qeyri-tarif tədbirləri haqqında

ARAYIŞ 

Bu arayış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən 2024-cü il 29 fevral tarixində təsdiq edilmiş “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsi”nin “2. Xarici ticarət fəaliyyətini tənzimləyən qanunvericilik aktları ilə bağlı biznes subyektləri arasında məlumatlılıq səviyyəsinin artırılması” tədbirinin “2.5. Kənd təsərrüfatı və sənaye məhsulları (harmonikləşdirilmiş sistemə əsasən 2 rəqəmli kod altında) idxal edilərkən, iqtisadi məqsədlər üçün tətbiq edilən qeyri-texniki və qeyri-tarif tədbirləri barədə özəl sektor nümayəndələrinin məlumatlandırılması” alt tədbirinin icrası ilə bağlı hazırlanmışdır. 

Malların və xidmətlərin beynəlxalq ticarətinə daxili qaydalardan irəli gələn “Qeyri-tarif tədbirləri” (QTT) güclü təsir göstərə bilər.

İqtisadi fəaliyyətdə QTT-lər beynəlxalq ticarətə birbaşa təsir göstərən tariflər və tarif dərəcəsi kvotalarından başqa bütün siyasət tədbirlərini əhatə edir. QTT-lər ticarət edilən məhsulların qiymətinə və satılan kəmiyyətə təsir edə bilər.

Bu tədbirləri ümumi olaraq iki qrupa bölmək olar:

  • “Texniki” tədbirlər: qaydalar, standartlar, sınaq və sertifikatlaşdırma, ilk növbədə sanitariya və fitosanitariya (SPS) və Ticarətdə Texniki Maneələr (TBT) tədbirləri və s..
  • “Qeyri-texniki” tədbirlər: kəmiyyət məhdudiyyətləri (kvota, qeyri-avtomatik idxal lisenziyası), qiymət tədbirləri, məcburi logistika və ya paylama kanalları və s.

Hazırda Azərbaycanda aşağıdakı QTT həyata keçirilməkdədir: 

 “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 564-IIQ saylı Qanununa əsasən mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı: 

  • “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.
  • Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsulları.
  • Azərbaycan Respublikasının ərazisinə icazə sənədi əsasında idxal, ixrac edilən və tranzit daşınan təhlükəli tullantılar.
  • Təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantılar. 

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 565-IIQ nömrəli Qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısı 

  • “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları istisna olmaqla, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları:
  • Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsulları. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilmişdir. Bu Qərara əsasən bir sıra kənd təsərrüfatı və emalı məhsullarının idxalının “0%” tarif dərəcəsi ilə tənzimlənir. O cümlədən, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatı istehsalının genişləndirilməsi məqsədilə bir sıra kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin idxalı gömrük tarif dərəcəsi nəzərdə tutulmuş müddətlərə qədər “0%” tarif dərəcəsi ilə həyata keçirilir (https://e-qanun.az/framework/37035#_edn2). 

"Sərbəst ticarət haqqında" ikitərəfli Sazişə əsasən bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara, eyni ölkə mənşəli və eyni ticarət edən ölkə olduğu təqdirdə СТ-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir. 

Cədvəl 2. Azərbaycan Respublikası Hökuməti ilə Sərbəst Ticarət Haqqında Saziş imzalamış ölkələrin siyahısı

Ölkələr

İmzalanma tarixi

Təsdiq edilmə tarixi və nömrəsi

Status

1

Rusiya

30.09.1992

17.02.1993, 109 №li Qərar

Qüvvədədir

2

Moldova

26.05.1995

16.04.1996, 145s №-li Sərəncam

Qüvvədədir

3

Ukrayna

28.07.1995

15.12.1995, 246 №li Sərəncam

Qüvvədədir

4

Gürcüstan

08.03.1996

16.04.1996, 300 №li Sərəncam

Qüvvədədir

5

Türkmənistan

18.03.1996

17.09.1996, 143s №li Sərəncam

Qüvvədədir

6

Özbəkistan

27.05.1996

14.09.1996, 419№li Sərəncam

Qüvvədədir

7

Qazaxıstan

10.06.1997

26.06.1997, 342-İQ №li Qanun

Qüvvədədir

8

Qırğızıstan

12.01.2004

16.04.2004, 635-İİQ №li Qanun

Qüvvədədir

9

Belarus

31.03.2004

28.09.2004, 764-İİQ №li Qanun

Qüvvədədir

10

Tacikistan

13.08.2007

19.10.2007, 440-İİİQ №li Qanun

Qüvvədədir

Mənbə: Dövlət Gömrük Komitəsi 

2020-ci il 25 fevral tarixində Bakı şəhərində imzalanmış və 2020-ci il 31 may tarixində təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi əsasında müəyyənləşdirilmiş mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması və para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması: 

Cədvəl 3. Azərbaycan Respublikası tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Türkiyə Respublikası mənşəli malların siyahısı, baza tarif dərəcələri, tarifin azaldılması dərəcələri və illik tarif kvotasının miqdarı 

Sıra

№-si

HS 2017

Məhsulun adı

Baza tarif dərəcəsi

Tarifin

azaldılması

dərəcəsi

İllik tarif kvotası

1.

0406 30 310 0

48 kütlə %-dən çox olmayan

15%

100%

150 ton

2.

1206 00 990 0

digərləri

5%

100%

5000 ton

3.

1517 90 990 0

digərləri

15%

100%

5000 ton

4.

1704 10 100 0

tərkibində saxarozanın miqdarı 60 kütlə %-dən az olan (saxaroza kimi ifadə edilən invert şəkəri də daxil olmaqla)

15%

100%

400 ton

5.

1704 90 710 0

içlikli və ya içliksiz şəkərləmə karameli

15%

100%

1500 ton

6.

1704 90 750 0

toffı, digər karamel və analoji şirniyyat

15%

100%

4000 ton

7.

1704 90 810 0

preslənmiş həblər

15%

100%

200 ton

8.

1806 20 800 0

şokolad minası

15%

100%

500 ton

9.

1806 31 000 0

içlikli

15%

100%

1300 ton

10.

1806 32 100 0

taxıl dəni, barlar və ya qoz-fındıq əlavə edilmiş

15%

100%

500 ton

11.

1806 90 500 0

tərkibində kakao olan şəkəri əvəz edən məhsullardan hazırlanmış, şəkərdən qənnadı məmulatları və onların əvəzediciləri

15%

100%

1500 ton

12.

1901 90 990 0

digərləri

15%

100%

1500 ton

13.

1902 30 100 0

qurudulmuş

15%

100%

1000 ton

14.

1905 32 990 0

digərləri

15%

100%

1000 ton

15.

2002 90 390 0

ilkin qablaşdırılmalarda netto çəkisi 1 kq-dan çox olmayan

15%

100%

750 ton

Mənbə: https://e-qanun.az/framework/45319 

Qeyd: Malların və xidmətlərin beynəlxalq ticarəti ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkarlara qeyd edilmiş tədbiqlərin nəzərə alınması tövsiyə edilir!