Elanlar

  • Ana səhifə
  • Elanlar
  • “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnikaların nümayişi" mövzusund...

“İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnikaların nümayişi" mövzusunda respublika müşavirəsi keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2022-ci il 28 oktyabr tarixində saat 11:00-da Şəki rayonunda  “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnikaların nümayişi" mövzusunda respublika müşavirəsi keçiriləcək.

Müşavirədə respublikamızda fəaliyyət göstərən təchizatçı şirkətlər tərəfindən taxılçılıqda və kənd təsərrüfatının digər ənənəvi sahələrində istifadə olunan yeni texnikalar barədə məlumat veriləcək, həmçinin həmin texnikaların birbaşa sahədə nümayişi həyata keçiriləcək.

Müşavirədə iştirak etmək üçün bütün fermer və sahibkarlar aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Mətin Babayev- 050 597 92 94; Fəxrəddin Abdurrahmanov         tel: 050 344 55 59

Ünvan: Şəki şəhəri, Çeşməli ərazisi