Elanlar

  • Ana səhifə
  • Elanlar
  • Laçın və Kəlbəcər yaylaqlarına köçlə əlaqədar məlumatlandırma

Laçın və Kəlbəcər yaylaqlarına köçlə əlaqədar məlumatlandırma

 

  1. Laçın və Kəlbəcər rayonlarına köç Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının fermerləri üçün nəzərdə tutulmuşdur.
  2. Köç portal vasitəsilə (koc.eagro.az) həyata keçiriləcəkdir.
  3. Arı ailəsinin sayı - 40 və daha artıq.
  4. Xırdabuynuzlu heyvanların sayı - 200 baş və daha artıq.
  5. Köç edəcək arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır.
  6. Köç edəcək fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə DAİM-ə müraciət etməlidir.

İşçi sayına məhdudiyyətlər

  • Arı ailəsi üçün
    • 40-80 arı ailəsi üçün – Qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • 81-120 arı ailəsi üçün – Qrup rəhbəri və 7 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • 120+ arı ailəsi üçün – Qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)

 

  • Xırdabuynuzlu heyvanlar üçün
    • İribuynuzlunun sayı xırdabuynuzlunun sayının1/10-dən çox olmamalıdır.
    • XBH 200-350 baş üçün Qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 351-500 baş üçün Qrup rəhbəri və 6 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 501-650 baş üçün Qrup rəhbəri və 7 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 651-800 baş üçün Qrup rəhbəri və 8 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 801-950 baş üçün Qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 951-1100 baş üçün Qrup rəhbəri və 10 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1101-1250 baş üçün Qrup rəhbəri və 11 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1251-1400 baş üçün Qrup rəhbəri və 12 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1401-1500 baş üçün Qrup rəhbəri və 13 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1551-1700 baş üçün Qrup rəhbəri və 14 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1701-1850 baş üçün Qrup rəhbəri və 15 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 1851-2000 baş üçün Qrup rəhbəri və 16 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 2001-2500 baş üçün Qrup rəhbəri və 18 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 2501-3000 baş üçün Qrup rəhbəri və 20 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)
    • XBH 3000+ baş üçün Qrup rəhbəri və 22 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)

 

Yaylaqlara köçlə əlaqədar fermerlər qarşısında qoyulan əlavə şərtlər:

 

  1. Heyvanların yaylağa köçürülməsindən əvvəl çimizdirilmə qəbzinin köç portalına yüklənməsi;
  2. DAİM və HSBXİ-nin birgə məlumat vərəqəsinin portala yüklənməsi; (məlumat vərəqəsi əlavə olunur)
  3. Təsərrüfatın təyinat nöqtəsinə nəqliyyat vasitəsi ilə daşınması;
  4. Helmintozlara qarşı (qurd xəstəliklərinə) tədbirlərin aparılması.