Hökumətlərarası Komissiyalar

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya

 

İkitərəfli əməkdaşlıq

 

Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 1992-ci ilin 14 yanvar tarixində tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 05 iyun tarixində qurulub.

Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1999-cu ilin dekabr ayında fəaliyyətə başlayıb. 2004-cü ilin 16 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstanda Azərbaycan Səfirliyinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya 1999-cu ilin 28 may tarixində yaradılıb. İndiyədək Müştərək Komissiyanın 5 iclası (2000-ci, 2004-cü, 2008-ci, 2016-cı və 2018-ci illərdə) baş tutub. Komissiyanın sonuncu, 5-ci iclası 2018-ci ilin 6-7 noyabr tarixlərində Sofiyada keçirilib.

 

Parlamentlərarası münasibətlər

 

Komissiyanın 4-cü və 5-ci iclaslarının yekun protokollarında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı müvafiq bənd mövcuddur.

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan ilə Bolqarıstan arasında ilk ali səviyyədə səfər 1995-ci ilin 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri olub. Səfər zamanı 1995-ci ilin 29 iyun tarixində Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində 2015-ci ilin 4 mart tarixində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib.

Hüquq müqavilə bazası çərçivəsində Azərbaycan-Bolqarıstan arasında 55-dən çox sənəd imzalanıb.

 

Əsas əməkdaşlıq sahələri

 

Azərbaycan ilə Bolqarıstan arasında enerji, kənd təsərrrüfatı, turizm, müdafiə sənayesi və mədəniyyət sahələrində sıx əməkdaşlıq mövcuddur.

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın aparıcı sahəsi energetikadır. Bu sahədə əsas məsələ Cənub Qaz Dəhlizi çərçivəsində Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə 2020-ci ildən etibarən 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstana ixracıdır.

 

Müştərək Komissiyanın həmsədrləri:

 

Azərbaycan Respublikası: Kənd Təsərrüfatı naziri İnam Kərimov

Bolqarıstan Respublikası: Energetika naziri Temenujka Petkova