Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Şəhərdən Kəndə” layihələri çərçivəsində Kürdəmir rayonunda fermerlər üçün təlimlər keçirilib, qadın fermerlərə dəstək göstərilib.
"Aqroturizmin əsasları" mövzusunda Kürdəmirdə təşkil olunan təlimdə rayon üzrə 46 fermer iştirak edib. Təlim aqroturizmin növləri, xidmət sahələrinin təşkil olunması, bazar araşdırmalarının aparılması və digər mövzuları əhatə edib.
Eyni zamanda, Kürdəmir rayonunda aqrar sahədə fəaliyyət göstərən qadın fermerlərə dəstək göstərilib. Belə ki, təsərrüfatlarına baxış keçirilən və layihənin tələblərinə cavab verən 9 nəfər qadın fermerə arıları “Varroa” gənələrindən təmizləmək üçün “ANTİVARROA” qurğusu verilib. Bu qurğular arı xəstəliklərinin azalmasına və fermerlərin daha çox məhsul əldə etməsinə kömək edir.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 267 təsərrüfat sahibi iştirak edib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 22 təsərrüfatda abadlaşdırma işləri görülüb, müxtəlif avadanlıqlarla təmin edilib.
AFAQ layihəsi isə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir.
Bugünədək layihə dövründə 286 təsərrüfatın qiymətləndirilməsi aparılıb, 447 fermerə təlimlər keçirilib. Ümumilikdə 213 qadına müvafiq avadanlıqlar verilib və aktivlərlə dəstək göstərilib.
27-28 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
26 Iyul 2024
Yardımlıda Aqrar Biznes Festivalı keçirilib
25 Iyul 2024
AFAQ layihəsi çərçivəsində Tovuz rayonunda qadın fermerlərə dəstək göstərilib
25 Iyul 2024
Respublikada taxıl biçini ilə bağlı müsabiqə elan edilib
24 Iyul 2024
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
24 Iyul 2024