Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” ASC tərəfindən 2023-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlarla görüşlər keçirilib.
İlk görüş Biləsuvar rayonunda “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov, Biləsuvar və ətraf rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) rəhbərlərinin iştirakı ilə keçirilib. Daha sonra bu görüşlər ardıcıl olaraq bütün ölkəni əhatə etməklə davam etdirilib. Sabirabad, Füzuli, Ağcabədi, Bərdə, Şəmkir, Yevlax, Şəki, Qobustan, Siyəzən və Xaçmaz rayonlarında keçirilən görüşlərə bütün ətraf rayonlarda biçin aparacaq mexanizatorlar cəlb edilib.
Görüşlərdə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, biçin zamanı qarşıya çıxa biləcək problemlər və onların həllinə dair məsələlər müzakirə edilib. Mexanizatorların təklifləri dinlənilib. Onlara taxıl biçini zamanı biçin qaydaları bir daha izah edilərək, üzərlərinə düşən vəzifə və məsuliyyət barədə məlumatlar verilib.
Aprel ayından başlayaraq davam edən tədbirlər may ayının 30-da “Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində Xaçmaz, Quba, Qusar, Xızı rayonlarında biçin aparacaq mexanitorlarla keçirilən görüşlə yekunlaşıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Siyəzəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
14 Yanvar 2025
Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
10 Yanvar 2025
Aqrar Sığorta Fondu bölgələrdəki mütəxəssisləri sərfəli şərtlərlə əməkdaşlığa dəvət edir
10 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin yanvarda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
06 Yanvar 2025
Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edəcək
06 Yanvar 2025